Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 7-də Şəki və Zaqatalada təşkil etdiyi I və IV ixtisas qrupları üzrə ali təhsil qəbul imtahanları uğurla həyata keçirilib.
Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Şəki və Zaqatalada Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi I və IV ixtisas qrupları üzrə ali təhsil qəbul imtahanları 12 binada (Şəkidə 8, Zaqatalada 4 mərkəz olmaqla) uğurla keçirilib. İmtahan iştirakçılarının rahat və nizamlı şəkildə binalara daxil olması üçün fərqli gəlmə saatları müəyyən edilib və bu məlumatlar buraxılış vərəqələrində öz əksini tapıb. Şəkidə 1841, Zaqatalada isə 879 nəfərin iştirakı nəzərdə tutulduğu imtahan prosesinin idarə olunmasına ümumilikdə onlarla imtahan rəhbəri və yüzlərlə nəzarətçi cəlb olunub, yüzlərlə zalda imtahanlar şəffaf və qaydalara uyğun şəkildə aparılıb. Saat 10:00-da başlayan imtahanlar 3 saat davam edib və DİM-in regional bölməsinin məlumatına əsasən, bütün mərkəzlərdə proses təlimata uyğun şəkildə həyata keçirilib, heç bir qayda pozuntusu qeydə alınmayıb.


