--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

MİQ imtahanlarının başlanacağı tarix məlum oldu

Aysel Əlibəyli 09 İyul 2026 · 15:03 1038 baxış

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə iyulun 14-dən start veriləcək.

Elpress.az xəbər verir ki, Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli məlumat verib. Onun sözlərinə görə, imtahanların təşkili üçün ölkənin 23 şəhərində yerləşən 56 imtahan mərkəzi tam hazır vəziyyətə gətirilib. Bu infrastruktur sayəsində eyni vaxtda 11 mindən çox namizədin imtahanda iştirak etməsi mümkün olacaq.Bildirilib ki, əvvəlki illərdən fərqli olaraq, bu il yaradılan imkanlar və iştirakçı sayının nəzərə alınması nəticəsində ibtidai sinif müəllimliyi üzrə namizədlər də digər fənlər kimi eyni gün və eyni saatda imtahan verəcəklər.Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə bu ildən ödənişli əsaslarla keçirilir və iştirak haqqı 60 manat təşkil edir. Bununla yanaşı, qanunvericiliyə əsasən müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsi üzvləri, müharibə veteranları, əlilliyi olan şəxslər və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ödənişdən azad edilirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xırdalanın sabiq bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır

Next Article

Media eksperti: Prezidentə yüksək etimadın əsas səbəbləri açıqlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Baş prokuror vətəndaşlarla görüşəcək

Aysel Əlibəyli 08 İyun 2026 · 11:17 1064 baxış Baş prokuror Kamran Əliyev iyunun 12-də paytaxtın Nərimanov rayonunda vətəndaş qəbulu keçirəcək. Elpress.az “Report”a istinadən xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, qəbul saat 10:00-da […]

Sabiq şöbə müdiri susmadı: Yayılan xəbərlərə cavab verdi

Aysel Əlibəyli 05 İyun 2026 · 20:54 1128 baxış Goranboy Rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli haqqında cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı yayılan məlumatlara reaksiya verib. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, […]

İyunun 30-da hava necə olacaq?

Aysel Əlibəyli 29 İyun 2026 · 12:56 1096 baxış Yayın son günlərində hava dəyişir: Bakıda yağış ehtimalı, bölgələrdə qeyri-sabit hava gözlənilir Milli Hidrometeorologiya Xidmətindən “Elpress.az” a verilən xəbərə görə, İyunun 30-da Azərbaycanda gözlənilən hava şəraiti […]