--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Məhərrəm ayı başladı: Aşura gününün tarixi məlum oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 00:15 1078 baxış

Bu gündən etibarən Azərbaycanda Hicri təqvimin ilk ayı olan Məhərrəm ayı başlayıb.

Elpress.az xəbər verir ki, Məhərrəm ayının ilk günü Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Fətva şöbəsinin hazırladığı təqvim, eləcə də Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən miladi təqvimlə iyunun 16-na təsadüf edir. Aşura günü isə iyunun 25-də qeyd olunacaq.Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm və Səfər aylarında keçirilən əzadarlıq mərasimləri ilə bağlı dindarlara bir sıra tövsiyələr verib. Bildirilib ki, müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və digər bu kimi əməllər dini baxımdan məqbul hesab edilmir.Eyni zamanda vurğulanıb ki, dini mərasimlər qanunvericiliyin tələblərinə uyğun olaraq məscidlərdə, ziyarətgahlarda və onlara aid ərazilərdə keçirilməlidir.Qeyd olunub ki, hər il olduğu kimi, bu il də paytaxt və bölgələrdə yerləşən qan banklarında, eləcə də tibb müəssisələrində qanvermə aksiyalarının təşkili nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Külək Göyçayda bir sıra ərazilərə ziyan vurub

Next Article

Qaxda savate üzrə turnir keçirilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ayasofyada Ərdoğandan Quran qiraəti

Aysel Əlibəyli 29 May 2026 · 23:39 1078 baxış Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 573-cü ildönümü münasibətilə Ayasofya Böyük Məscidini ziyarət edib. Elpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı burada Qurani-Kərimdən ayələr […]

İsti havalarda qida zəhərlənməsi riski artır

Aysel Əlibəyli 20 İyul 2026 · 16:47 1030 baxış Həkim isti havalarda təhlükəli qidalarla bağlı xəbərdarlıq edib Elpress.az xəbər verir ki, Son günlər qida zəhərlənməsi ilə bağlı müraciətlərin artdığı bildirilir. Mütəxəssislər isti havalarda düzgün saxlanılmayan […]

Şamaxıda Barbekü Festivalına start verildi

Aysel Əlibəyli 13 İyun 2026 · 23:52 1060 baxış Şamaxının Meysəri kəndində Barbekü Festivalının ilk günü rəngarəng tədbirlər və kulinariya təqdimatları ilə yadda qalıb. Elpress.az xəbər verir ki, iki gün davam edəcək festival yerli və […]