--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Bakıda nəqliyyat məhdudiyyəti: 7 marşrut üzrə dəyişiklik ediləcək

Aysel Əlibəyli 30 İyun 2026 · 16:00 1074 baxış

Elpress.az xəbər verir ki, paytaxtın bəzi küçələrində aparılan təmir işləri ilə əlaqədar bir sıra avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.

Məlumata görə, Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək olan hissəsində, həmçinin Ayna Sultanova küçəsinin Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək olan ərazisində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məhdudiyyətlə əlaqədar olaraq 3, 6, 10, 18, 39, 77 və 206 nömrəli müntəzəm avtobus marşrutları müvəqqəti olaraq alternativ istiqamətlər üzrə fəaliyyət göstərəcək.

Belə ki, qeyd olunan marşrutların hərəkəti Mətbuat prospekti, Məmməd Rəhim, Qurban Xəlilov və Ələsgər Ələkbərov küçələri vasitəsilə təşkil olunacaq.

Sərnişinlərə səfərlərini planlaşdırarkən yaranmış dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda 5-ci mərtəbədən yıxılan azyaşlı ilə bağlı yeni təfərrüatlar

Next Article

Bu gün Beynəlxalq Parlamentarizm Günüdür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Buraxılış imtahanının xarici dil modeli yenilənir

Aysel Əlibəyli 23 İyul 2026 · 13:04 1022 baxış 2027-ci ilin buraxılış imtahanı üçün yeni xarici dil modeli açıqlanıb Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 2027-ci ildən tətbiq olunacaq xarici dil imtahan modelini təqdim […]

Hövsanda yeni ödənişsiz ictimai çimərlik istifadəyə verildi

Aysel Əlibəyli 30 İyun 2026 · 18:49 1068 baxış Suraxanı rayonunun Hövsan qəsəbəsində sakinlərin rahat istirahəti üçün yeni ictimai çimərlik yaradılıb. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü […]

Xaricdə gizlənən axtarışdakı şəxslər saxlanıldı

Elşən 29 Aprel 2026 · 11:04 1074 baxış Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata əsasən, beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yerləşdikləri ölkələr müəyyən edilib. Bildirilib ki, dələduzluq ittihamı ilə axtarılan şəxslərdən Binəqədi RPİ tərəfindən […]

Gec yatmaq depressiya riskini artırır

Aysel Əlibəyli 28 İyul 2026 · 13:39 1022 baxış Araşdırma: Gec saatlarda yatmaq narahatlıq və depressiya riski ilə əlaqəlidir Elpress.az xəbər verir ki, Yeni araşdırmaya görə, gec saatlarda yatmaq anksiyete və depressiya riskinin artması ilə […]