--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Alimlər açıqladı: sağlamlığınızın sirri gözlərinizdə gizlənir

Aysel Əlibəyli 20 İyun 2026 · 18:46 1066 baxış

Alimlər göz sağlamlığı ilə Alzheimer xəstəliyi arasında əlaqəni təsdiqləyən yeni nəticələr əldə ediblər.

Elpress.az xəbər verir ki, Florida Universitetinin biotibbi mühəndisi Ruqu Fanqın rəhbərlik etdiyi araşdırma çərçivəsində 40 mindən çox insanın təxminən 63 min retina görüntüsü süni intellekt vasitəsilə təhlil olunub.Tədqiqatın nəticələri göstərib ki, gözün işığa həssas hissəsi olan retinada baş verən dəyişikliklər Alzheimer xəstəliyinin əlamətləri üzə çıxmamışdan illər əvvəl riskin müəyyən edilməsinə kömək edə bilər.Araşdırma zamanı Alzheimer diaqnozu qoyulan şəxslərdə retina damarlarının daralması, sərtləşməsi və görmə sinirində incəlmə kimi dəyişikliklər müşahidə olunub. Mütəxəssislər hesab edirlər ki, bu əlamətlər beyində gedən proseslərin erkən göstəricisi ola bilər.Alimlərin fikrincə, retina görüntülərinin biomarker kimi istifadəsi risk qrupunda olan insanların vaxtında müəyyənləşdirilməsinə, erkən müayinələrin aparılmasına və xəstəliyin inkişaf ehtimalının azaldılmasına imkan yarada bilər.Tədqiqatçılar bildirirlər ki, gələcəkdə bu üsulun yalnız Alzheimer deyil, digər neyrodegenerativ xəstəliklərin erkən diaqnostikasında da mühüm rol oynayacağı gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabirabadda gənc qız hamamda ölü tapıldı

Next Article

Hörmüz boğazı yenidən bağlandı – media

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah bəzi bölgələrdə temperatur 40 dərəcəyə çatacaq

Aysel Əlibəyli 14 İyul 2026 · 14:09 1050 baxış Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək, bəzi rayonlarda temperaturun 40 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Elpress.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. […]

Onlara ümumilikdə 271 min reabilitasiya vasitəsi təqdim edilib.

Aysel Əlibəyli 19 May 2026 · 11:29 1079 baxış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar–aprel aylarında əlilliyi olan 5700 nəfəri ümumilikdə 271 min reabilitasiya vasitəsi […]

Nurəddin Qərəvi: Qürbətdə bir vətən nəğməsi

Elşən 07 İyun 2026 · 14:46 1173 baxış İran–ABŞ–İsrail qarşıdurması: savaş, yoxsa ssenari?İran, ABŞ və İsrail arasında yaşanan qarşıdurmanın sona yaxınlaşdığı bir dövrdə bir sual məni ciddi şəkildə düşündürür: həqiqətənmi bu hadisələr bir müharibədir, yoxsa […]