--:--:-- | 06 Noyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İsveçrəyə getdi

Aysel Əlibəyli 20 İyun 2026 · 19:23 1148 baxış

İran ABŞ-la keçiriləcək danışıqlarda iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyətini İsveçrəyə göndərib.

Elpress.az-ın məlumatına əsasən, İran nümayəndə heyəti ABŞ-la danışıqlar aparmaq məqsədilə İsveçrəyə yola düşüb.Heyətə ABŞ-la danışıqlar üzrə rəhbər, parlamentin sədri Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və Mərkəzi Bankın sədri Əbdülnasir Himməti daxildir. Onları Ali Milli Təhlükəsizlik Şurası, Xarici İşlər Nazirliyi və Neft Nazirliyinin nümayəndələri müşayiət edir.İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, görüşlərin əsas məqsədi tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı məsələlərə aydınlıq gətirməkdir.Onun sözlərinə görə, razılaşmanın davamlılığı qarşı tərəfin öhdəliklərinə necə əməl etməsindən asılı olacaq. Bəqai qeyd edib ki, İran qarşılıqlı prinsip əsasında hərəkət edəcək və razılaşmaların yerinə yetirilmədiyi halda müvafiq addımlar atacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Boşandığı şəxslə yenidən ailə quranların sayı məlum oldu

Next Article

Netanyahu və Katz İsrail ordusuna Livanda atəşi dayandırmağı tapşırıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fransa Hörmüz boğazına hərbi qüvvə göndərdi

Aysel Əlibəyli 04 İyul 2026 · 08:50 1192 baxış Elpress.az xəbər verir ki, Fransa Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini gücləndirmək məqsədilə bölgəyə əlavə hərbi texnika və qüvvələr yerləşdirib. Fransa Prezidenti Emmanuel Macron bildirib ki, Yaxın […]

Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:09 1082 baxış Ukrayna Prezidenti: G20 sammitində görüşüb qərarlar qəbul etməliyik Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.Zelenski qeyd […]

Bir tərəfdə Trampın dəstəyi, o biri tərəfdə Putinin təzyiqi

Aysel Əlibəyli 05 İyun 2026 · 15:26 1222 baxış Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkəsində müharibə ilə sülh, avtokratiya ilə demokratiya, eləcə də tabeçiliklə müstəqillik kimi əsas siyasi seçimlərin müzakirə olunduğu bir dövrdə, yenidən hakimiyyətə […]