--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Fransanı cənginə alan isti dalğası: Ölənlərin sayı minə yaxınlaşdı

Aysel Əlibəyli 28 İyun 2026 · 15:04 96 baxış

Elpress.az xəbər verir ki, Fransada son günlər müşahidə olunan rekord isti hava dalğası ağır nəticələrə yol açıb. İctimai səhiyyə orqanlarının açıqladığı məlumata görə, iyunun 24-dən etibarən ölkədə yüksək temperaturla əlaqələndirilən təxminən 1000 əlavə ölüm halı qeydə alınıb.

Məlumatda bildirilir ki, həyatını itirənlərin böyük əksəriyyətini – təxminən 85 faizini 65 yaşdan yuxarı şəxslər təşkil edir. Xüsusilə yaşlı və tək yaşayan insanların isti hava şəraitindən daha çox zərər gördüyü vurğulanıb.

Ən ağır vəziyyət yüksək temperaturla bağlı ən yüksək təhlükə səviyyəsinin elan olunduğu bölgələrdə qeydə alınıb. Paris və onun ətrafını əhatə edən İl-de-Frans regionunda evlərdə baş verən ölüm hallarının sayında ciddi artım müşahidə edilib.

Səhiyyə qurumları bildiriblər ki, açıqlanan statistika hələ yekun deyil. Qocalar evləri və digər sosial müəssisələrdən daxil olacaq yeni məlumatlardan sonra ölənlərin sayının daha da artacağı ehtimal edilir.

Bir neçə gün davam edən kəskin istilərdən sonra ölkənin əksər bölgələrində temperatur nisbətən aşağı düşsə də, Fransanın şimal-şərq hissəsində isti hava ilə bağlı xəbərdarlıqlar qüvvədə qalmaqdadır.

Fransanın səhiyyə naziri Stefani Rist qeyd edib ki, isti hava dalğasının insan sağlamlığına təsirləri temperatur normallaşdıqdan sonra da bir həftədən çox davam edə bilər.

Mütəxəssislər hesab edirlər ki, iqlim dəyişikliyi səbəbindən Avropada ekstremal hava hadisələri daha tez-tez baş verir. Son həftələrdə qitənin bir sıra ölkələrində rekord temperatur göstəriciləri qeydə alınıb, bu isə səhiyyə, nəqliyyat və enerji sistemlərinə əlavə yük yaradıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ağdərədə dəhşətli yol qəzası: Xeyli sayda şəxs xəsarət aldı

Next Article

Azərbaycan parlament nümayəndə heyəti Ukraynaya yollanır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sülh prosesi üçün Tehrandan 5 tələb

Elşən 13 May 2026 · 07:40 70 baxış İran rəsmiləri ABŞ-la yenidən danışıqlara başlamaq üçün beş əsas tələb irəli sürdüklərini bildiriblər. “Fars” agentliyinin yaydığı məlumata əsasən, Tehran Vaşinqtonla münasibətlərin normallaşması üçün müəyyən şərtlər paketini təqdim […]

Paşinyandan Rusiya ilə dəmir yolu müqaviləsi açıqlaması

Aysel Əlibəyli 02 İyul 2026 · 18:15 30 baxış Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə dəmir yollarının idarə olunmasına dair imzalanmış müqaviləni birtərəfli qaydada ləğv etməyəcəyini bildirib. Elpress.az xəbər verir ki, Ermənistanın Baş […]

Livanda ölənlərin sayı 4303-ə yüksəldi

Aysel Əlibəyli 04 İyul 2026 · 23:07 28 baxış İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi intensiv hava hücumları nəticəsində həlak olanların sayı artmaqda davam edir. Elpress.az xəbər verir ki, Livanın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, martın […]