--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İldırımlı hava Bakı–Naxçıvan reyslərini gecikdirdi

Aysel Əlibəyli 06 İyul 2026 · 17:49 22 baxış

İldırımlı hava şəraiti səbəbindən iyulun 6-na planlaşdırılan bəzi Bakı–Naxçıvan aviareyslərinin icrası təxirə salınıb.

Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları (AZAL) məlumat yayıb. Bildirilib ki, bölgədə hava şəraiti normallaşdıqdan sonra uçuşlar mərhələli şəkildə bərpa olunacaq və sərnişinlər mümkün dəyişikliklərlə bağlı əlavə məlumatlandırılacaqlar.

Şirkət qeyd edib ki, Naxçıvanın dağlıq relyefi və coğrafi mövqeyi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuşların təhlükəsizliyinə birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risk yaradır.

AZAL vurğulayıb ki, reyslərin təxirə salınması və ya ləğvi ilə bağlı qərarlar yalnız hava limanındakı mövcud hava şəraitinə əsasən verilmir.

Uçuş marşrutu boyunca, həm qalxma, həm də enmə məntəqələrində müşahidə olunan və proqnozlaşdırılan meteoroloji vəziyyət beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə qiymətləndirilərək müvafiq qərar qəbul olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda 135 nömrəli avtobus yanıb – sərnişinlər son anda xilas oldu

Next Article

Azərbaycan Hərbi Hava Qüvvələri döyüş hazırlığını artırır – təlim uçuşları keçirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Teymur Musayev ATU məzunlarını təbrik etdi

Aysel Əlibəyli 11 İyul 2026 · 20:15 22 baxış Azərbaycan Tibb Universitetində (ATU) 2025/2026-cı tədris ilinin məzunlarına həsr olunan tədbir keçirilib. Elpress.az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə dövlət […]

44 günlük Zəfərin qəhrəmanına 44 yaş

Aysel Əlibəyli 19 İyul 2026 · 16:08 10 baxış 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, general-leytenant Babək Qurbanov bu gün 44 yaşını qeyd edir. Elpress.az xəbər verir ki, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş […]

Sabah bu rayonlarda leysan yağacaq – XƏBƏRDARLIQ

Aysel Əlibəyli 30 İyun 2026 · 13:14 128 baxış Elpress.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutqun və əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla yanaşı, gecə saatlarında yarımadanın bəzi […]

TƏBİB “103” xidmətində süni intellekt dövrünə keçir

Aysel Əlibəyli 14 İyul 2026 · 20:51 22 baxış TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin daha operativ və səmərəli təşkili istiqamətində yeni texnologiyaların tətbiqinə başlayır. Elpress.az xəbər verir ki, bu məqsədlə TƏBİB və “Azerconnect […]