--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bakıda Ukraynanın 24 universitetini bir araya gətirən təhsil sərgisi keçirildi

Aysel Əlibəyli 08 İyul 2026 · 16:20 28 baxış

Bakıda Ukraynanın aparıcı ali təhsil müəssisələrinin iştirakı ilə genişmiqyaslı təhsil sərgisi təşkil olunub.

Elpress.az xəbər verir ki, tədbir Ukrayna Təhsil və Elm Nazirliyinin Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzi və Ukraynanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Hyatt Regency otelində baş tutub.

Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti İB-nin sədr müavini, “Alijanov Group” MMC-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Fürqan Abdullazadənin sözlərinə görə, sərgidə Ukraynanın 24 ali təhsil müəssisəsi təmsil olunub.

İştirakçılar universitetlərin təhsil proqramları, qəbul qaydaları, Erasmus+ akademik mobillik imkanları və beynəlxalq ikili diplom proqramları barədə ətraflı məlumat əldə ediblər.“Alijanov Group” MMC-nin təsisçisi Nəsib Alicanov bildirib ki, tədbirin rəsmi açılışında diplomatik korpusun nümayəndələri, təhsil sahəsinin təmsilçiləri, ali məktəb rəhbərləri, abituriyentlər və valideynlər iştirak ediblər.

Sərgi çərçivəsində ziyarətçilər universitet nümayəndələri ilə birbaşa görüşərək onları maraqlandıran suallara cavab almaq imkanı qazanıblar.“INGEK” Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Rüfət Mirzəyev isə qeyd edib ki, tədbirdə Ukraynada təhsil almaq istəyən əcnəbi tələbələr üçün nəzərdə tutulmuş rəqəmsal qəbul sistemi də təqdim olunub.

Bildirilib ki, bu sistem qəbul prosesinin daha şəffaf, sadə və əlçatan şəkildə həyata keçirilməsinə xidmət edir.

Qeyd olunub ki, sərgi Azərbaycan gənclərinin Ukraynada ali təhsil imkanları ilə yaxından tanış olmasına, eyni zamanda iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın və beynəlxalq akademik əlaqələrin inkişafına mühüm töhfə verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Baş nazirlər arasında maraqlı “söz atışması”

Next Article

Şəhidlərin adı Cəlilabadın xəritəsinə həkk olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avropadan Azərbaycana turist axını artmaqda davam edir

Aysel Əlibəyli 02 İyul 2026 · 14:55 44 baxış Elpress.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana Avropa ölkələrindən 60 min 269 turist səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 […]

TƏBİB “103” xidmətində süni intellekt dövrünə keçir

Aysel Əlibəyli 14 İyul 2026 · 20:51 22 baxış TƏBİB təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin daha operativ və səmərəli təşkili istiqamətində yeni texnologiyaların tətbiqinə başlayır. Elpress.az xəbər verir ki, bu məqsədlə TƏBİB və “Azerconnect […]

AMEA-da yeni dövr başlayır: kağız hesabatlar ləğv edilir

Aysel Əlibəyli 29 İyun 2026 · 18:27 88 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsi sistemində mühüm dəyişikliklərə hazırlıq gedir. Yeni yanaşmaya əsasən, ənənəvi kağız hesabatların mərhələli şəkildə […]