--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Daha bir diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 16:02 1036 baxış

Rusiyada fəaliyyət göstərən “Samara Vilayəti Azərbaycanlıları Liqası”nın sədri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib.

Elpress.az xəbər verir ki, “Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan Kərimovun Rusiya vətəndaşlığı ləğv edilib. Qərarın hansı əsasla qəbul edildiyi isə hələlik açıqlanmayıb.Bildirilib ki, Şirvan Kərimov hazırda Samara vilayəti İctimai Palatasının üzvü olmaqla yanaşı, “Pravovoy Sovetnik” Samara Vəkillər Kollegiyasında vəkil kimi fəaliyyət göstərir.Məlumatda qeyd olunur ki, son dövrlər Rusiya hüquq-mühafizə orqanları ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələrinə nəzarəti artırıb. Bildirilir ki, aparılan yoxlamalar çərçivəsində onların etnik mütəşəkkil cinayətkar qruplarla mümkün əlaqələri araşdırılır.Xatırladaq ki, ötən il Ulyanovsk vilayətində Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov, bu ilin fevralında isə İvanovo vilayətində diaspor rəhbəri Asif Məmmədov da Rusiya vətəndaşlığından məhrum edilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ramid Namazov: Azərbaycan fiber-optik dəhlizlər üçün böyük potensiala malikdir

Next Article

Sabah temperatur 37 dərəcəyədək yüksələcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanlı yazıçının pyesi Rusiyada beynəlxalq müsabiqənin qalibi olub

Aysel Əlibəyli 18 İyun 2026 · 16:48 1131 baxış Azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında hazırlanan “Düzəlmə planetinə səyahət” tamaşası Rusiyada keçirilən beynəlxalq teatr müsabiqəsində yüksək nəticə əldə edib. Elpress.az Kulis.az-a istinadən […]

Düşənbədə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Aysel Əlibəyli 05 İyun 2026 · 10:50 1147 baxış Tacikistanın paytaxtı Düşənbə şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul baş tutub. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Tacikistanın […]