--:--:-- | 17 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Avqustun hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 30 İyul 2026 · 16:52 1128 baxış

Avqustda Azərbaycanda isti hava üstünlük təşkil edəcək — temperatur 41°C-yə çatacaq

Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avqust ayı üçün ölkə üzrə gözlənilən hava şəraitinə dair proqnozunu açıqlayıb.Proqnoza əsasən, ay ərzində orta aylıq temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Yağıntıların miqdarının isə ümumilikdə iqlim göstəricilərinə uyğun olacağı bildirilir.Avqustun ilk günlərində əksər rayonlarda əsasən yağmursuz hava müşahidə olunacaq. Bununla yanaşı, dağlıq və dağətəyi ərazilərin bəzi hissələrində qısamüddətli yağış və şimşək ehtimalı var.Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 26-28°C olacağı, gecələr 22-27°C, gündüzlər isə 30-35°C arasında dəyişəcəyi proqnozlaşdırılır. Ayın bəzi günlərində paytaxtda temperaturun 40°C-yə yaxınlaşacağı gözlənilir.Naxçıvan, Gəncə-Qazax, Aran və Mərkəzi Aran bölgələrində də isti hava şəraiti müşahidə ediləcək. Ayrı-ayrı günlərdə temperaturun 41°C-yə yaxınlaşacağı bildirilir.Qarabağ və Şərqi Zəngəzurda orta aylıq temperaturun 22-25°C, dağətəyi ərazilərdə isə 23-25°C olacağı gözlənilir. Bu ərazilərdə bəzi günlərdə temperatur 35-38°C-yə yüksələ bilər.Şimal və şimal-qərb rayonlarında havanın əsasən isti keçəcəyi, bəzi ərazilərdə isə yağıntının normadan bir qədər çox olacağı ehtimal edilir. Cənub bölgəsində isə temperaturun normaya yaxın və bir qədər yüksək olacağı, bəzi günlərdə 38°C-yə çatacağı proqnozlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Abşeron çimərliklərində sabah hava necə olacaq?

Next Article

Aqil Məlikovun səhhəti ağırlaşıb

You might be interested in …

Sabah Ay tutulması baş verəcək

Aysel Əlibəyli 27 Avqust 2026 · 17:38 1120 baxış Avqustun 28-də Ay tutulması müşahidə olunacaq, gələn il isə Günəş tutulması gözlənilir Elpress.az xəbər verir ki, Avqustun 28-də ilin son tutulma hadisəsi olan Ay tutulması baş […]

Şəhid ailələri üçün maliyyələşmə 2029-cu ilədək uzadıldı

Aysel Əlibəyli 16 Oktyabr 2026 · 19:11 1102 baxış Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və reabilitasiya təminatı üzrə tədbirlərin maliyyələşdirilməsi üçün müddət 2029-cu ilədək uzadılıb. Elpress.az xəbər verir ki, […]