--:--:-- | 17 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Orduda xüsusi bölmələrə seçim meyarları genişləndirildi

Aysel Əlibəyli 16 Noyabr 2026 · 20:16 1026 baxış

Azərbaycanda yüksək akademik göstəriciləri və texnoloji bilikləri ilə seçilən çağırışçılar üçün hərbi xidmət imkanları genişləndirilir. Artıq yalnız qəbul imtahanlarında yüksək bal toplayanlar deyil, müxtəlif texnoloji sahələrdə peşəkar bacarıqlara malik gənclər də xüsusi bölmələrdə xidmət edə biləcəklər.

Elpress.az xəbər verir ki, Müdafiə Nazirliyinin yeni yanaşmasına əsasən, Milli Müdafiə Universitetinin tabeliyindəki intellektual bölmələrə qəbul üçün seçim meyarları artırılıb. Bu barədə nazirlikdən “Report”a məlumat verilib.

Xüsusi bölmələrdə xidmət üçün aşağıdakı kateqoriyalardan ən azı birinə uyğun gələn çağırışçılar müraciət edə bilərlər:

  • Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul imtahanlarında 600 və daha yüksək bal toplayanlar;
  • Beynəlxalq və respublika fənn olimpiadalarının, müsabiqə və yarışların müvafiq qaydada qalibləri;
  • Beynəlxalq universitet reytinqlərində ilk 500-lükdə yer alan xarici ali təhsil müəssisələrinin bakalavr və magistratura məzunları;
  • Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində təsdiqlənmiş universitet və proqramların məzunları;
  • İnformasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində “Advanced” və ya “Expert” səviyyəli beynəlxalq sertifikat sahibləri;
  • Robototexnika, süni intellekt, insansız sistemlər və digər texnoloji istiqamətlər üzrə ölkə və beynəlxalq yarışların qalibləri.

Seçim şərtlərinə cavab verən və Müdafiə Nazirliyinin tabeliyində müddətli həqiqi hərbi xidmət keçəcək şəxslər, eləcə də onların ailə üzvləri Milli Müdafiə Universitetinin rəsmi internet saytındakı “İntellektual bölmələr” portalı vasitəsilə elektron müraciət edə bilərlər.

Əlavə məlumat almaq istəyənlər portalın “Sənədlər” bölməsinə baxa və ya iş günləri saat 09:00-dan 17:30-dək *0811 nömrəli Çağrı Mərkəzinə zəng edə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qubadlının ilk su elektrik stansiyası yaxın vaxtlarda istifadəyə veriləcək

Next Article

Madonna musiqi səhnəsində mükafat yarışına qayıdır

You might be interested in …

Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə başlayır

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 09:28 1119 baxış Elpress.az xəbər verir ki, bu il Azərbaycanda 125 mindən çox uşaq ilk dəfə məktəbə qədəm qoyaraq təhsil həyatının yeni mərhələsinə başlayacaq. Bunu elm və təhsil naziri […]

TƏBİB-in mətbuat katibi Səhiyyə Nazirliyində fəaliyyətə başlayıb

Aysel Əlibəyli 29 Oktyabr 2026 · 13:57 1154 baxış Səhiyyə Nazirliyinin mətbuat xidmətində kadr dəyişikliyi baş verib. TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə nazirlikdə fəaliyyətə başlayıb. Elpress.az xəbər verir ki, bu barədə Fərid İsrafilzadə “Oxu.Az”a açıqlamasında […]