--:--:-- | 18 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Aqil Məlikovun səhhəti ağırlaşıb

Aysel Əlibəyli 30 İyul 2026 · 16:56 1122 baxış

Muğam bilicisi Aqil Məlikov ürək əməliyyatına hazırlanır

Elpress.az xəbər verir ki, Əməkdar incəsənət xadimi, muğam sənətinin tanınmış nümayəndəsi Aqil Məlikov səhhətində yaranan ciddi problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.Məlumata görə, Prezidentin fərdi təqaüdçüsü olan sənətkar hazırda Bakıda yerləşən özəl tibb müəssisələrindən birində həkim nəzarətində müalicə olunur. Onun vəziyyətinin ağır olduğu bildirilir.Aqil Məlikovun ürəyi ilə bağlı tibbi müdaxiləyə ehtiyac yarandığı və yaxın günlərdə əməliyyat olunmasının planlaşdırıldığı qeyd edilir. Hazırda sənətkara zəruri tibbi prosedurlar tətbiq olunur.Aqil Məlikov uzun illərdir Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir. O, həmçinin muğam sənətinin öyrənilməsi və milli musiqi irsinin yaşadılması istiqamətində fəaliyyəti ilə tanınır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Avqustun hava proqnozu açıqlanıb

Next Article

Bəzi saytlara giriş müvəqqəti məhdudlaşdırılacaq

You might be interested in …

Gürcüstanda Aİ-nin dəstəklədiyi festival ləğv olunub

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 14:59 1136 baxış Qoridə keçirilməsi planlaşdırılan “Kamara” festivalının təhlükəsizlik səbəbilə baş tutmayacağı açıqlanıb Elpress.az xəbər verir ki, Gürcüstanın Qori şəhərində Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilməsi nəzərdə tutulan “Kamara” […]

İşə gecikdiyi üçün həbs olunan Azərbaycan rəssamı kim idi?

Aysel Əlibəyli 29 İyun 2026 · 12:40 1202 baxış Cavad Mircavadovun qeyri-adi həyat yolu: 15 yaşında başlayan rəssamlıq macərası Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri olan Cavad Mircavadovun həyat […]