--:--:-- | 18 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Lisey və gimnaziyalara qəbulun II mərhələsinin nəticələri açıqlanıb

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:42 1124 baxış

Qəbul olunan şagirdlər sənədlərini sentyabrın 7-dək təqdim etməlidirlər

Elpress.az xəbər verir ki, 2026–2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş imtahanla şagird qəbulu həyata keçirən lisey və gimnaziyalarda II mərhələ üzrə seçimlərin nəticələri açıqlanıb.Nəticələr şagirdlərin şəxsi kabinetlərinə yerləşdirilib. Qəbul nəticələrini elektron hökumət portalında yerləşən sy.edu.az platformasının “İmtahanlar” bölməsindən öyrənmək mümkündür.Şagirdlər üçün sistemdə avtomatik sorğular da yaradılıb. Hər bir namizəd şəxsi kabinetinin “Sorğularım” bölməsinə daxil olaraq müvafiq məlumatlarla tanış ola bilər.Qəbul olunan şagirdlər şəxsi işlərini və tələb olunan digər sənədləri sentyabrın 7-si saat 12:00-dək qəbul olunduqları təhsil müəssisəsinə təqdim etməlidirlər.Sentyabrın 2-dən etibarən müəyyən edilmiş son tarixədək sənədlərini təqdim etməyən şagirdlərin sistemdəki sorğuları silinəcək və onların qəbul nəticələri etibarsız hesab olunacaq.Bildirilib ki, lisey və gimnaziyalara qəbul prosesi üzrə III mərhələ keçirilməyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Next Article

5 marşrut “brutto müqavilə” sisteminə keçib

You might be interested in …

Qəbulun II cəhdi üçün qeydiyyat başladı.

Aysel Əlibəyli 25 May 2026 · 11:48 1242 baxış II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin II cəhdi 5 iyul tarixində təşkil olunacaq. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, […]

FHN-də könüllü qanvermə aksiyası keçirilib

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:51 1102 baxış Fövqəladə Hallar Nazirliyinin əməkdaşları talassemiyadan əziyyət çəkənlərə dəstək üçün qan veriblər Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyində irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara dəstək məqsədilə […]

DİN-də 6 ayın yekunlarına həsr olunan Kollegiya iclası keçirildi

Aysel Əlibəyli 09 İyul 2026 · 15:26 1248 baxış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 2026-cı ilin ilk altı ayının əməliyyat-xidməti fəaliyyətinin nəticələrinə həsr olunmuş Kollegiya iclası keçirilib. Elpress.az xəbər verir ki, Kollegiya iclasına daxili işlər […]