--:--:-- | 12 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bakı beynəlxalq qobelen sənətinə ev sahibliyi edir

Aysel Əlibəyli 09 İyun 2026 · 12:49 1173 baxış

Bakıda qobelen və tekstil sənətinə həsr olunmuş beynəlxalq müsabiqə-sərgi açılıb.

Elpress.az xəbər verir ki, “TOMA – Yaddaşın ilmələri: Xatirədən gələcəyə” adlı layihənin açılış mərasimi Şirvanşahlar Sarayında keçirilib. Sərgi Azərbaycan tekstil sənətinin görkəmli nümayəndəsi, professor Tamila Məmmədovanin xatirəsinə həsr olunub.Tədbiri açan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, layihə sənətkarın irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.Çıxış edən incəsənət tarixçisi və Polşanın Lodz şəhərindəki Mərkəzi Tekstil Muzeyinin baş kuratoru Marta Kovalevska və Litva Rəssamlar İttifaqının prezidenti Eglė Ganda Bogdanienė layihənin beynəlxalq əməkdaşlıq və sənət mübadiləsi baxımından önəmini vurğulayıblar.“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, müsabiqəyə 40-dan çox iştirakçı tərəfindən 150-dən artıq əsər təqdim olunub və işlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.Layihə çərçivəsində qaliblərin mükafatlandırılması həyata keçirilib, həmçinin Tamila Məmmədovanın həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.Təşkilatçıların sözlərinə görə, TOMA layihəsi qobeleni yalnız dekorativ sənət deyil, həm də müasir vizual mədəniyyətin bir hissəsi kimi təqdim edərək ənənə ilə müasirlik arasında körpü yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bazarda yoxlama: Tərtərdə reyd keçirildi

Next Article

MEMİM-dən ana dili ilə bağlı yeni təşəbbüs

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda yeni kitabxana modelinin əsas istiqamətləri açıqlanıb

Aysel Əlibəyli 19 Avqust 2026 · 14:05 1030 baxış Yeni modeldə kitabxanaların rəqəmsallaşdırılması və müasir mədəniyyət mərkəzlərinə çevrilməsi nəzərdə tutulur Elpress.az xəbər verir ki, Azərbaycanda kitabxana sisteminin yenilənməsi və xidmətlərin müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni […]

Folklorda Yaşayan Qərbi Azərbaycan

Aysel Əlibəyli 09 İyun 2026 · 17:52 1150 baxış AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsi növbəti elmi seminara ev sahibliyi edib. Qərbi Azərbaycanın zəngin folklor irsinin araşdırılması və təbliği istiqamətində fəaliyyət göstərən AMEA Folklor […]