--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Səfərbərlik Xidmətində üç ildə 500-dən çox əməkdaş cəzalandırılıb

Aysel Əlibəyli 27 İyun 2026 · 16:33 1120 baxış

Elpress.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov son üç ildə qurumun 500-dən artıq əməkdaşının intizam məsuliyyətinə cəlb olunduğunu açıqlayıb.

Onun sözlərinə görə, həmin dövrdə 100-dən çox fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına təqdim edilib.Mürsəl İbrahimov bildirib ki, xidmətdə şəffaflığın artırılması, korrupsiya risklərinin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir.

Xidmət rəisi qeyd edib ki, açıqlanan statistika onu sevindirmir və korrupsiya hallarının qarşısının alınmasında cəmiyyətin də üzərinə məsuliyyət düşür.“Vətəndaşlarımızı və media nümayəndələrini Xidmətlə bağlı məlumatları obyektiv şəkildə təqdim etməyə çağırıram. Əmin edirəm ki, quruma daxil olan hər bir müraciət və məlumat diqqətlə araşdırılır və nəticəsinə uyğun müvafiq qərarlar qəbul olunur”, – deyə Mürsəl İbrahimov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna Volqoqradda “İsgəndər” raketləri istehsal edən müəssisəni hədəfə aldı

Next Article

Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son durum açıqlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Mustafayev–Overçuk görüşünün vaxtı açıqlanıb

Aysel Əlibəyli 17 İyul 2026 · 16:15 1024 baxış Ceyhun Bayramov: Şahin Mustafayevlə Aleksey Overçukun növbəti görüşü sentyabrda keçiriləcək Elpress.az xəbər verir ki , Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiyanın Baş nazirinin müavini […]

YAP Xəzər rayon təşkilatının 33 illiyi qeyd olundu

Aysel Əlibəyli 21 İyul 2026 · 12:49 1032 baxış Elpress.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin […]

Zakir Həsənov Səlcuq Bayraktarla görüşdü

Aysel Əlibəyli 10 İyul 2026 · 12:25 1052 baxış Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Elpress.az xəbər […]