--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

“Dostluq” layihəsi: Xəzərdə əməkdaşlığın yeni ünvanı

Aysel Əlibəyli 30 İyun 2026 · 21:39 1112 baxış

Elpress.az xəbər verir ki, Prezident Sərdar Berdiməhəmmədovin Azərbaycana son dövlət səfəri çərçivəsində qardaş ölkə Türkmənistana hədiyyə edilən “Dostlug” neft tankeri ilk səfərini uğurla başa vuraraq Türkmənbaşı Beynəlxalq Dəniz Limanına çatıb.

Türkmənistan mətbuatında dərc olunan məqalədə bildirilir ki, Bakı Gəmiqayırma Zavodunda inşa edilən müasir tanker limanda təntənəli mərasimlə qarşılanıb. Qarşılama mərasimində şəhər rəhbərliyinin nümayəndələri, ağsaqqallar, liman əməkdaşları, dənizçilik ixtisası üzrə təhsil alan gənclər və çoxsaylı sakinlər iştirak ediblər.

Mərasim çərçivəsində mədəniyyət və incəsənət xadimlərinin çıxışları təqdim olunub, “Dostlug” tankerinin Azərbaycan və Türkmənistan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin növbəti rəmzi olduğu vurğulanıb.

Qeyd olunub ki, yeni gəmi Türkmənistanın dəniz ticarət donanmasının imkanlarını daha da genişləndirəcək. Uzunluğu 141 metr, eni 16,9 metr olan tanker 8 min ton yükdaşıma qabiliyyətinə malikdir və Xəzər dənizi vasitəsilə karbohidrogen daşımalarının həcminin artırılmasına xidmət edəcək.

Məqalədə vurğulanır ki, tanker müasir gəmiçilik və təhlükəsizlik standartlarına uyğun inşa olunub, onun hərəkətinə və naviqasiya sisteminə qabaqcıl texnologiyalar vasitəsilə nəzarət edilir.

Mərasim iştirakçıları “Dostlug” tankerinin iki qardaş xalqın rifahına, iqtisadi-ticari əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliklərini ifadə edərək, gəmiyə Xəzərin sularında uğurlu səfərlər arzulayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hövsanda yeni ödənişsiz ictimai çimərlik istifadəyə verildi

Next Article

İyulda qeyri-adi hava

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Heybət Vəliyev: Turistlərin təhlükəsizliyi prioritet olmalıdır

Aysel Əlibəyli 08 İyun 2026 · 11:37 1068 baxış Azərbaycan Turizm Bürosunun Destinasiyanın İnkişafı və Turizm Məhsul Departamentinin rəhbəri Heybət Vəliyev mövsüm öncəsi turistlərin təhlükəsizliyinin artırılmasının vacibliyini vurğulayıb. Elpress.az “Report”a istinadən xəbər verir ki, Onun […]

Prezident: Azərbaycan Çindən hərbi məhsullar alıb

Aysel Əlibəyli 13 İyul 2026 · 11:19 1040 baxış Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndiyini və müdafiə sahəsində də yeni mərhələyə qədəm qoyduğunu bildirib. Elpress.az xəbər verir ki , […]

ABŞ-yə səfər planı açıqlandı

Aysel Əlibəyli 18 İyun 2026 · 00:59 1076 baxış Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Livan rəhbərliyinin yaxın vaxtlarda Vaşinqtona səfər edəcəyini açıqlayıb. “Reuters”in yaydığı məlumata görə, Ağ Ev rəhbəri Livan prezidenti və […]

Allahşükür Paşazadə süni intellektdən danışdı

Aysel Əlibəyli 23 İyul 2026 · 13:30 1020 baxış QMİ sədri süni intellektdən istifadə zamanı mənəvi və dini dəyərlərin qorunmasının vacibliyini vurğulayıb. Elpress.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə “Dinlər Sülh Uğrunda” […]