--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Baş nazirlər arasında maraqlı “söz atışması”

Aysel Əlibəyli 08 İyul 2026 · 15:23 1040 baxış

Ankarada keçirilən NATO sammiti çərçivəsində Böyük Britaniyanın Baş naziri Keir Starmer və Norveçin Baş naziri Jonas Gahr Støre İngiltərə–Norveç oyunu öncəsi zarafatyana dialoqla diqqət çəkiblər.

Elpress.az xəbər verir ki, NATO sammiti çərçivəsində baş tutan görüş zamanı hər iki ölkənin hökumət başçıları milli komandalarının formalarında bir araya gələrək səmimi söhbət ediblər. Görüşün görüntüləri Norveçin Baş naziri Jonas Gahr Støre tərəfindən “X” sosial şəbəkəsində paylaşılıb.Söhbət zamanı Støre 1981-ci ildə Norveçin İngiltərə üzərində qazandığı yaddaqalan qələbəni xatırladaraq, həmin oyundan sonra səslənən məşhur radio şərhini zarafatla yada salıb. Bu eyhama cavab olaraq Keir Starmer İngiltərənin indiyədək yeganə dünya çempionluğunu 1966-cı ildə, Leyboristlər Partiyasının hakimiyyətdə olduğu dövrdə qazandığını vurğulayaraq, bu dəfə də uğurun onların tərəfində olacağına inandığını bildirib.Səmimi və yumor dolu söhbətin sonunda hər iki lider qarşıdakı oyunun maraqlı keçəcəyini qeyd edib, bir-birlərinə uğurlar arzulayıblar.Qeyd edək ki, İngiltərə ilə Norveç arasında keçiriləcək dünya çempionatının 1/4 final qarşılaşması iyulun 12-də, saat 01:00-da start götürəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kənan Seyidovun birinci müavini təyin olundu

Next Article

Bakıda Ukraynanın 24 universitetini bir araya gətirən təhsil sərgisi keçirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kanoeçimiz Avropa çempionatına yollanır

Aysel Əlibəyli 08 İyun 2026 · 15:37 1072 baxış Portuqaliyanın Montemor-u-Velyu şəhəri iyunun 11-dən 14-dək kayak və kanoe üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qitə birinciliyində Azərbaycan millisinin heyətində […]

Tramp Tuxeli tənqid etdi

Aysel Əlibəyli 18 İyul 2026 · 16:28 1020 baxış Tramp İngiltərə millisinin baş məşqçisinin taktikasını tənqid etdi Elpress.az xəbər verir ki,ABŞ Prezidenti Donald Tramp İngiltərə millisinin dünya çempionatının yarımfinalında Argentinaya məğlub olmasından sonra baş məşqçi […]

Azərbaycan Etnoidman Festivalında təmsil olundu”

Aysel Əlibəyli 24 May 2026 · 21:29 1109 baxış İstanbulda təşkil olunan VIII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalı yekunlaşıb.Festival türk dünyasının ortaq irsinin, milli-mədəni dəyərlərin və ənənəvi idman növlərinin beynəlxalq səviyyədə tanıdılmasına həsr olunub. Elpress.az Azərtac […]

Premyer Liqa təmsilçisi ukraynalı futbolçu ilə vidalaşdı

Aysel Əlibəyli 30 May 2026 · 15:07 1146 baxış “Şamaxı” ukraynalı müdafiəçi ilə yollarını ayırıb Azərbaycan Premyer Liqasının iştirakçısı “Şamaxı” heyətində növbəti ayrılığı rəsmiləşdirib. Klubun yaydığı məlumata görə, ukraynalı müdafiəçi Vladislav Veremeyevlə əməkdaşlığa son qoyulub. […]