--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Nadir səma hadisəsi: Günəş 2 dəqiqədən çox müddətə görünməyəcək – tarix açıqlandı

Aysel Əlibəyli 28 İyun 2026 · 14:18 1058 baxış

Avqustda nadir səma hadisəsi: Günəş 2 dəqiqədən çox müddətə yoxa çıxacaq

Elpress.az xəbər verir ki, avqustun 12-də dünyanın bəzi bölgələrində nadir astronomik hadisə – tam Günəş tutulması müşahidə olunacaq.

Xarici KİV-in məlumatına görə, Arktika, Qrenlandiya, İslandiya, eləcə də İspaniya və Portuqaliyanın bəzi ərazilərində yaşayanlar və turistlər bu unikal təbiət hadisəsini izləmək imkanı əldə edəcəklər.

Astronomların bildirdiyinə görə, tam tutulma mərhələsi 2 dəqiqə 18 saniyəyədək davam edəcək. Ən uzun müşahidə müddətinin İslandiya yaxınlığında qeydə alınacağı gözlənilir.

Qeyd olunur ki, bu, İslandiyada 1954-cü ildən, İspaniyada isə 1905-ci ildən bəri baş verəcək ilk tam Günəş tutulması olacaq.

Maraqlıdır ki, həmin gün həm də Perseid meteor yağışının pik dövrünə təsadüf edir. Mütəxəssislər bildirirlər ki, bu iki astronomik hadisənin eyni vaxta düşməsi səma müşahidəçiləri üçün nadir və unikal şərait yaradacaq.

Ekspertlər Günəş tutulmasını izləyərkən təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirlər. Qismən tutulma mərhələsində yalnız xüsusi qoruyucu eynəklər və ya sertifikatlı günəş filtrlərindən istifadə edilməlidir.

Tam Günəş tutulması Ayın Yer ilə Günəş arasına keçərək günəş diskini tamamilə örtməsi nəticəsində baş verir. Bu zaman Günəşin xarici atmosferi – tacı çılpaq gözlə görünə bilir.

Bununla belə, Avropanın əksər ölkələrində, həmçinin Şimal-Qərbi Afrika, Kanada və ABŞ-ın şimal hissəsində bu hadisə yalnız qismən Günəş tutulması şəklində müşahidə ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qabiliyyət imtahanı ilə bağlı dəyişiklik – DİM tarixləri ertələdi

Next Article

Meşə yanğınları Türkiyəni cənginə aldı: Minlərlə hektar ərazi məhv olub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı–Pirşağı sürət qatarında nasazlıq yarandı

Aysel Əlibəyli 19 İyun 2026 · 19:04 1112 baxış Bakıdan Pirşağı istiqamətində hərəkət edən sürət qatarında texniki nasazlıq yaranıb. Nasazlıq səbəbindən sərnişinlər qatardan düşürülərək saat 18:30 reysi ilə yola salınıblar. Elpress.az xəbər verir ki, Hadisə […]

Qadın 7 yaşlı oğlunu qətlə yetirdi

Aysel Əlibəyli 02 İyun 2026 · 11:27 1138 baxış 7 yaşlı oğul anası tərəfindən qətlə yetirildi. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Məlumata görə, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədovaya qayçı ilə çoxsaylı […]

Biləsuvarda yol-nəqliyyat hadisəsi qeydə alınıb

Aysel Əlibəyli 04 İyun 2026 · 20:53 1138 baxış Biləsuvarda yük maşını ilə minik avtomobili toqquşub, yaralananlar var Baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin xəsarət alması ilə nəticələnib. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza […]

Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ qeydə alındı

Elşən 22 Aprel 2026 · 15:57 1077 baxış Xəzər dənizi ərazisində 3,3 maqnitudalı zəlzələ baş verib. Elpress.az-ın YeniÇağ.az-a istinadən verdiyi məlumata görə, Respublika Seysmoloji Xidmət Mərkəzi bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 14:07-də qeydə […]