--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Maqnit qasırğası xəbərdarlığı: Ən təhlükəli tarixlər məlum oldu

Aysel Əlibəyli 26 İyun 2026 · 22:45 82 baxış

Astrofiziklərin proqnozuna əsasən, iyunun son günlərində Yerə zəif və orta səviyyəli geomaqnit təsirlər gözlənilir. Bununla belə, güclü maqnit qasırğası proqnozlaşdırılmır.

Mütəxəssislərin beynəlxalq heliofizika mərkəzlərinin məlumatları əsasında hazırladığı proqnoza görə, Günəş küləyinin təsiri nəticəsində geomaqnit sahəsində müəyyən dəyişikliklər baş verəcək.

Bildirilib ki, geomaqnit aktivliyi ən yüksək həddə 26 və 27 iyun tarixlərində çatacaq. Həmin günlərdə Kp indeksi 3,7 səviyyəsində olacaq ki, bu da orta dərəcəli geomaqnit pozuntusu hesab edilir. Ən çox təsirin səhər və axşam saatlarında hiss olunacağı qeyd olunur.

Elpress.az xəbər verir ki, İyunun 28-də maqnitosferin tədricən sakitləşəcəyi və Kp indeksinin 3-ə enəcəyi gözlənilir. 29-30 iyun tarixlərində isə Günəş aktivliyi daha da azalacaq və geomaqnit sahəsi sakit vəziyyətdə qalacaq.

Mütəxəssislər vurğulayırlar ki, 3,7 bal kritik göstərici sayılmır və əksər sağlam insanlar bu dəyişiklikləri hiss etməyə bilər. Lakin meteohəssas şəxslər, yaşlılar, hamilə qadınlar və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlarda baş ağrısı, halsızlıq, yuxu pozuntuları, təzyiq dəyişiklikləri və əsəbilik kimi hallar müşahidə oluna bilər.

Həkimlər geomaqnit aktivliyi günlərində qəhvə, energetik və spirtli içkilərin qəbulunu azaltmağı, daha çox su içməyi, kifayət qədər yatmağı və açıq havada yüngül gəzintilər etməyi tövsiyə edirlər. Bundan başqa, günün ən isti saatlarında uzun müddət birbaşa günəş altında qalmaq məsləhət görülmür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Abşeronda motoxuliqanlara qarşı reyd: 122 nəfər məsuliyyətə cəlb edildi

Next Article

Ermənistan ordusunda müəmmalı ölüm: Müqaviləli hərbçi həyatını itirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AQTA Ağcabədidə kafedə ciddi nöqsanlar aşkarladı

Aysel Əlibəyli 03 İyul 2026 · 17:09 30 baxış AQTA-nın Ağcabədidə keçirdiyi yoxlama zamanı ictimai iaşə obyektində qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən edilib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) […]

Qubada sürüşmə qeydə alınıb

Aysel Əlibəyli 22 İyun 2026 · 15:47 56 baxış Quba rayonunun Qusar sərhədinə yaxın ərazisində sürüşmə hadisəsi baş verib. Bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, ərazidə sürüşmə prosesi iyunun 20-dən etibarən davam […]

Samuxda quyuya düşmüş şəxs xilas olunub.

Aysel Əlibəyli 23 May 2026 · 18:28 71 baxış Samux rayonunun Çobanabadlı kəndində bir nəfərin quyuda köməksiz vəziyyətdə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Elpress.az-ın xəbərinə görə, bu […]