--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Lənkəranda alov magistralı bürüdü: Yanğın sürətlə genişlənir

Aysel Əlibəyli 04 İyul 2026 · 19:40 24 baxış

Lənkəranda yeni Ələt–Astara magistralının şəhər ərazisindən keçən hissəsində genişmiqyaslı yanğın qeydə alınıb.

Elpress.az xəbər verir ki, ilkin məlumata əsasən, yol kənarında yerləşən açıq ərazidə quru ot örtüyünün alışması nəticəsində başlayan yanğın güclü küləyin təsiri ilə qısa vaxt ərzində böyük sahəyə yayılıb.

Alovun magistral boyunca irəlilədiyi, quru bitki örtüyünün isə yanğının genişlənməsini sürətləndirdiyi bildirilir. Mövcud hava şəraiti səbəbindən alovun yolun əks istiqamətinə keçməsi riski də istisna olunmur.

Hadisə ilə bağlı aidiyyəti qurumların müdaxiləsi davam edir. Yanğının səbəbləri və vəziyyətlə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dövlət kibertəhlükəsizlik sahəsində addımlarını gücləndirir

Next Article

Arzum işi yenidən gündəmdə: Qəzada ölən Amal Məlikovun keçmişi ilə bağlı sənədlər yayıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şok qərar: Sadettin Saran 2 il 6 ay həbsə məhkum edildi ⚖️

Aysel Əlibəyli 04 İyun 2026 · 14:11 99 baxış Fənərbaxça klubunun prezidenti Sadettin Saran 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sadettin Saran qanunsuz mərc oyunlarına təşviq etmə ittihamı ilə bağlı aparılan […]

Bulvarda qıza hücum edən şəxs saxlanıldı

Aysel Əlibəyli 26 May 2026 · 19:06 134 baxış Bakının Dənizkənarı Milli Parkı ərazisində gənc qız və oğlana qarşı zorakılıq törədən şəxs məhkəmə qərarı ilə həbs edilib. ELPRESS.az milli.az-a istinadən xəbər verir ki, Səbail Rayon […]

Gəncədə qadın ərini avtomobillə vurdu

Aysel Əlibəyli 18 İyul 2026 · 15:19 10 baxış Gəncədə boşanmaq üstündə mübahisə qanlı hadisə ilə nəticələndi Elpress.az xəbər verir ki, Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Məlumata görə, hərəkətdə olan avtomobil 43 […]