--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Səhiyyə və təhsil nazirləri Qarabağ Universitetində

Aysel Əlibəyli 11 İyun 2026 · 17:22 72 baxış

Səhiyyə naziri Teymur Musayev və elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə, eləcə də universitetin klinikasına səfər ediblər.

Elpress.az xəbər verir ki, nazirlər əvvəlcə universitetin fəaliyyəti və inkişaf istiqamətləri ilə tanış olub, daha sonra fakültənin auditoriyalarına, laboratoriyalarına və Simulyasiya Mərkəzinə baxış keçiriblər. Onlara tələbələrin nəzəri və praktiki hazırlığı üçün yaradılan şərait barədə məlumat verilib.Səfər çərçivəsində nümayəndə heyəti Qarabağ Universitetinin Klinikasında da olub. Burada müasir tibbi avadanlıqlar, laboratoriyalar, müxtəlif şöbələr və göstərilən səhiyyə xidmətləri ilə tanışlıq aparılıb. Qonaqlar tələbə yataqxanasına da baş çəkiblər.Rəsmi proqram çərçivəsində nazirlər tələbələr, müəllimlər və klinikanın əməkdaşları ilə görüş keçiriblər. Müzakirələr zamanı tibb təhsilinin inkişafı, səhiyyə sistemində kadr hazırlığı, gənc həkimlərin peşəkar formalaşması və elmi fəaliyyətin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.İnteraktiv formatda təşkil olunan görüşdə iştirakçıların sualları cavablandırılıb, təhsil və səhiyyə sahələrində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib. Nazirlər keyfiyyətli tibb təhsilinin və gənclərin peşəkar inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıblar.Görüşdə Qarabağ Universitetinin region üçün yüksəkixtisaslı tibbi kadrların hazırlanmasındakı rolu, universitet-klinika əməkdaşlığının əhəmiyyəti və Qarabağda müasir təhsil-səhiyyə mühitinin formalaşdırılması istiqamətində görülən işlər də diqqət mərkəzində olub.Tədbir bədii proqramla davam edib, səfər isə xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Böyük Britaniya “Ryanair”in qaydalarını araşdırır

Next Article

Külək güclənir: Əhaliyə sarı xəbərdarlıq edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rəşad İsmayılov Laçında vətəndaş qəbulu keçirib

Elşən 15 May 2026 · 14:42 66 baxış Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələr üzrə vətəndaş qəbulu qrafikinə uyğun olaraq, 15 may 2026-cı ildə ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Laçın rayonunda Laçın və […]

Sabahdan WUF13 zolaqlarına girən sürücülər cərimələnəcək

Aysel Əlibəyli 14 May 2026 · 18:19 74 baxış WUF13 tədbiri ilə əlaqədar ayrılan xüsusi hərəkət zolaqlarına sabahdan daxil olan sürücülərə cərimə tətbiq ediləcək. Elpress.az-ın Marja.az-a istinadən verdiyi məlumata əsasən, Birləşmiş Millətlər Təşkilatı-nın Ümumdünya Şəhərsalma […]

Qəbul imtahanında 4 abituriyent maksimum – 400 bal topladı

Aysel Əlibəyli 17 İyul 2026 · 17:34 10 baxış Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 5-də keçirilmiş qəbul imtahanının ən yüksək nəticələrini açıqlayıb. Məlumata görə, imtahanda ümumilikdə dörd abituriyent maksimal […]