--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ramid Namazov: Azərbaycan fiber-optik dəhlizlər üçün böyük potensiala malikdir

Aysel Əlibəyli 09 İyul 2026 · 15:59 24 baxış

Milli Məclisin komissiya sədri Ramid Namazov bildirib ki, Azərbaycanın strateji coğrafi mövqeyi ölkəni beynəlxalq fiber-optik dəhlizlərin inkişafı üçün əlverişli mərkəzə çevirə bilər.

Elpress.az xəbər verir ki, Ramid Namazov bu fikirləri iyulun 9-da Milli Məclisdə keçirilən “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirələr zamanı səsləndirib.O bildirib ki, Azərbaycanın Asiya ilə Avropa arasında Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkədə mövcud nəqliyyat və enerji infrastrukturunun fiber-optik dəhlizlərə çevrilməsi üçün mühüm imkanlar yaradır. Deputatın sözlərinə görə, bu üstünlük Azərbaycanın regional rəqəmsal bağlantı mərkəzi kimi mövqeyini daha da gücləndirə bilər.Ramid Namazov qeyd edib ki, son 20 ildə ölkənin elektrik enerjisi istehsal gücü təxminən iki dəfə artaraq 10 min meqavata çatıb. Hazırda istifadə olunmayan ən azı 2 min meqavat gücün mövcudluğu isə data mərkəzləri və süni intellekt infrastrukturunun inkişafı üçün mühüm baza rolunu oynayır.Komissiya sədri əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsallaşma istiqamətində həyata keçirilən islahatlar nəticəsində bu sahədə institusional mexanizmlər daha da gücləndirilib. Dövlət başçısının Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrasına nəzarət və nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi həvalə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ABŞ-ın İrana hücumu: ölən və yaralananlar var

Next Article

Daha bir diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ rəsmisi Şəhidlər xiyabanını ziyarət edib

Aysel Əlibəyli 02 İyun 2026 · 17:13 108 baxış Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Şəhidlər xiyabanında olub. Elpress.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bununla bağlı açıqlama ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkə […]

Sabiq şöbə müdiri susmadı: Yayılan xəbərlərə cavab verdi

Aysel Əlibəyli 05 İyun 2026 · 20:54 120 baxış Goranboy Rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli haqqında cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı yayılan məlumatlara reaksiya verib. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, […]

Miqrasiya Xidməti 6 ayda 9757 inzibati qərar qəbul edib

Aysel Əlibəyli 08 İyul 2026 · 15:04 26 baxış Dövlət Miqrasiya Xidməti 2026-cı ilin ilk altı ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 9757 inzibati qərar qəbul edib. Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumata görə, […]