--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Magistraturaya qəbulun yekun nəticələri açıqlandı

Aysel Əlibəyli 03 İyul 2026 · 14:26 1048 baxış

Dövlət İmtahan Mərkəzi (DİM) 14 iyun 2026-cı il tarixində keçirilən magistraturaya qəbul imtahanının ikinci cəhdi üzrə yekun nəticələri, o cümlədən esse qiymətləndirilmələri ilə birlikdə ictimaiyyətə təqdim edib.

Dövlət İmtahan Mərkəzi (DİM) 14 iyun 2026-cı il tarixində keçirilmiş magistraturaya qəbul imtahanının ikinci cəhdi üzrə yekun nəticələri elan edib. Nəticələrə xarici dil fənləri üzrə esse tapşırıqlarının qiymətləndirilməsi də daxil edilib və bununla da iştirakçıların yekun imtahan balları müəyyənləşdirilib.Bakalavrlar əldə etdikləri yekun nəticələrlə DİM-in elektron xidmətləri vasitəsilə tanış ola bilərlər. Bundan əlavə, mobil operatorlar – Azercell, Bakcell və Nar abonentləri “iş nömrəsi”ni 7727 qısa nömrəsinə göndərməklə də imtahan nəticələrini öyrənə bilərlər.Qəbul qaydalarına uyğun olaraq müsabiqə şərtlərini ödəyən namizədlər magistratura üzrə ixtisaslaşma seçimi mərhələsinə buraxılacaqlar. İxtisas seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” əsasında həyata keçiriləcək. Həmin cədvəlin “Magistr” jurnalının növbəti nömrəsində dərc olunacağı bildirilib.İmtahan nəticələri ilə bağlı narazılığı olan iştirakçılar üçün DİM tərəfindən apellyasiya prosesi də təşkil ediləcək. Apellyasiya müraciətləri 8 iyul 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə araşdırılacaq.Apellyasiya Komissiyasına müraciət etmək istəyən şəxslər 6 iyul saat 10:00-dan 8 iyul saat 17:00-dək DİM-in rəsmi internet səhifəsində yerləşdiriləcək elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər. Müəyyən edilmiş vaxt ərzində qeydiyyatdan keçməyən namizədlərin sonradan apellyasiya müraciəti etmək hüququ olmayacaq.Qeyd edək ki, qapalı və kodlaşdırıla bilən açıq tipli 95 imtahan tapşırığı üzrə nəticələr hələ iyunun 17-də açıqlanmışdı. Hazırda isə xarici dil üzrə esse nəticələrinin də əlavə olunması ilə yekun bal elan edilib. İştirakçılar test tapşırıqları üzrə maksimum 95, esse üzrə isə 5 bal olmaqla ümumilikdə 100 bal toplamaq imkanına malik olubla

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xorvatiya nümayəndə heyəti Azərbaycanın hərbi təhsil müəssisələrində olub

Next Article

Sabunçuda 19 kiloqram marixuana dövriyyədən çıxarıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dünya yeni iqlim böhranının astanasında

Aysel Əlibəyli 12 İyun 2026 · 11:50 1082 baxış Sakit okeanda formalaşan El-Ninyo fenomeninin son illərin ən güclü iqlim hadisələrindən birinə çevriləcəyi ehtimal olunur. ABŞ-nin Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin qiymətləndirməsinə əsasən, bu hadisənin […]

Bakıda bu yollardan keçənlərə xəbərdarlıq

Aysel Əlibəyli 24 İyun 2026 · 08:39 1096 baxış Elpress.az xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, hazırda aşağıdakı istiqamətlərdə tıxac müşahidə […]

Onlara ümumilikdə 271 min reabilitasiya vasitəsi təqdim edilib.

Aysel Əlibəyli 19 May 2026 · 11:29 1079 baxış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar–aprel aylarında əlilliyi olan 5700 nəfəri ümumilikdə 271 min reabilitasiya vasitəsi […]

Sabah bəzi bölgələrdə temperatur 40 dərəcəyə çatacaq

Aysel Əlibəyli 14 İyul 2026 · 14:09 1048 baxış Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək, bəzi rayonlarda temperaturun 40 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Elpress.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. […]