--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Dünya yeni iqlim böhranının astanasında

Aysel Əlibəyli 12 İyun 2026 · 11:50 76 baxış

Sakit okeanda formalaşan El-Ninyo fenomeninin son illərin ən güclü iqlim hadisələrindən birinə çevriləcəyi ehtimal olunur.

ABŞ-nin Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin qiymətləndirməsinə əsasən, bu hadisənin tarixdə qeydə alınan ən güclü El-Ninyo mərhələlərindən biri olması ehtimalı 63 faiz səviyyəsindədir. Elpress.az xəbər verir ki, Mütəxəssislər bildirirlər ki, hazırkı proses 1997-ci ildə müşahidə olunan rekord El-Ninyo ilə müqayisə edilə və hətta onu geridə qoya bilər.Alimlərin fikrincə, El-Ninyo qlobal istiləşmənin yaratdığı təsirləri daha da gücləndirir. Bu səbəbdən dünyanın müxtəlif bölgələrində həddindən artıq isti hava, uzunmüddətli quraqlıq, daşqınlar və meşə yanğınlarının sayında artım müşahidə oluna bilər. BMT də vəziyyəti ciddi iqlim təhlükəsi kimi dəyərləndirərək bunun iqlim dəyişikliklərinin mənfi nəticələrini dərinləşdirəcəyini vurğulayıb.Proqnozlara görə, Cənubi Amerika ölkələrində intensiv yağıntılar və sel riskləri yüksələcək, Avstraliyada quraqlıq və yanğın təhlükəsi artacaq. Hindistanda isə istilik dalğalarının daha kəskin xarakter alacağı gözlənilir.Mütəxəssislər hesab edirlər ki, El-Ninyonun ən təsirli mərhələsi payız və qış aylarına təsadüf edə bilər. Onların qənaətincə, bu proses yalnız hava şəraitinə deyil, həm də qlobal iqtisadi fəaliyyətə təsirsiz ötüşməyəcək.Alimlər hökumətləri və əhalini mümkün hava anomaliyalarına qarşı hazırlıqlı olmağa çağırırlar. Onların sözlərinə görə, gözlənilən “super El-Ninyo” son onilliklərin ən ciddi iqlim sınaqlarından biri ola bilər.Qeyd edək ki, El-Ninyo Sakit okeanın mərkəzi və şərq hissələrində okean sularının normadan artıq isinməsi nəticəsində yaranır və dünya üzrə atmosfer proseslərinə təsir göstərərək müxtəlif regionlarda hava şəraitinin dəyişməsinə səbəb olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan nefti bahalaşdı

Next Article

Azərbaycan daha bir beynəlxalq dəniz konvensiyasına qoşulur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabir Rüstəmxanlının 80 illik yubileyi Dram Teatrında qeyd olundu

Elşən 26 May 2026 · 21:59 175 baxış Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə paytaxtda təntənəli tədbir keçirilib. Yubiley gecəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında […]

İyul ayı üzrə pensiyaların ödəniləcəyi tarix açıqlandı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:46 26 baxış Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının pensiyaları iyulun 14-də vətəndaşların hesablarına köçürüləcək. Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron […]