--:--:-- | 23 İyul 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Bu həftə səma möhtəşəm mənzərə təqdim edəcək

Aysel Əlibəyli 10 İyun 2026 · 12:11 1066 baxış

Bu həftə axşam saatlarında səmanı izləyənləri maraqlı astronomik mənzərə gözləyir. Gün batımından sonra qərb üfüqündə Günəş sisteminin ən parlaq planetləri olan Venera və Yupiter bir-birinə olduqca yaxın görünəcək.

Elpress.az xəbər verir ki, astronom İqal Pat-Elin sözlərinə görə, bu nadir mənzərəni müşahidə etmək üçün ən əlverişli vaxt gün batımından sonrakı saatlardır.Mütəxəssis bildirib ki, yaxın günlərdə Venera və Yupiterə Aypara da qoşulacaq. Hava şəraiti əlverişli olarsa, Merkuri planetini də görmək mümkün olacaq.Hazırda Yerə daha yaxın olan Venera səmada Yupiterdən daha sürətlə hərəkət edir. Planetlərin ən yaxın görünəcəyi vaxtda Venera Yupiterin bir qədər yuxarısında və sağ tərəfində müşahidə olunacaq. Sonrakı günlərdə isə iki planet arasındakı məsafə yenidən artmağa başlayacaq.Astronomların məlumatına görə, iyunun 16-da Aypara Venera və Yupiter arasında yerləşərək daha maraqlı mənzərə yaradacaq. Diqqətli müşahidəçilər həmin vaxt Merkuri planetini də üfüqə yaxın hissədə seçə biləcəklər.Mütəxəssislər qeyd edirlər ki, planetlərin bu cür yaxın görünməsi astronomiya həvəskarlarının hər zaman marağına səbəb olur. Tarixdə baş vermiş bəzi nadir Venera-Yupiter qovuşmalarının isə qədim dövrlərdə yaranan məşhur səma əfsanələri ilə əlaqələndirildiyi bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda kitabxana fondunun yarıdan çoxu kiril əlifbasındadır

Next Article

ABŞ neftlə bağlı yeni proqnoz açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“PAŞA Kapital”ın rəhbər heyətində yeni təyinat

Aysel Əlibəyli 12 İyun 2026 · 16:36 1082 baxış “PAŞA Kapital” İnvestisiya Şirkətində rəhbər vəzifələrdən birinə yeni təyinat həyata keçirilib. Elpress.az FED.az-a istinadən xəbər verir ki, Gülşən Cumayeva Korporativ Kommunikasiyalar, İnsan Resursları və Biznesə Dəstək […]

Ramiz İdrisoğluya yeni vəzifə verildi

Aysel Əlibəyli 06 İyul 2026 · 19:05 1030 baxış Dövlət Komitəsindən ayrıldı: Ramiz İdrisoğlu fəaliyyətini bu nazirlikdə davam etdirəcək Elpress.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kadr dəyişikliyi baş verib. Komitənin mətbuat katibi […]

Sabah hava pisləşəcək: güclü yağış və dolu gözlənilir

Aysel Əlibəyli 30 May 2026 · 12:45 1137 baxış Mayın 31-də bəzi rayonlarda yağış və dolu gözlənilir Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda hava dəyişkən buludlu […]