--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Böyük Qayıdışın növbəti ünvanı: Şükürbəylidə həkim məntəqəsi açıldı

Aysel Əlibəyli 24 İyun 2026 · 23:06 1056 baxış

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun bərpası və əhalinin əsas xidmətlərlə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Elpress.az xəbər verir ki, Bu tədbirlərin tərkib hissəsi olaraq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərəcək Şükürbəyli kənd həkim məntəqəsi istifadəyə verilib.Müəssisədə sakinlərə ilkin səhiyyə xidmətlərinin göstərilməsi üçün bütün zəruri şərait yaradılıb. Əsaslı təmir və bərpa işlərindən sonra istifadəyə verilən həkim məntəqəsində 1 həkim, 2 tibb bacısı və 1 sanitar fəaliyyət göstərəcək.Həkim məntəqəsi təxminən 2500 nəfər əhaliyə xidmət göstərəcək. Müəssisənin fəaliyyəti ilkin tibbi yardıma çıxış imkanlarının genişləndirilməsinə, profilaktik xidmətlərin gücləndirilməsinə və əhalinin sağlamlığının qorunmasına töhfə verəcək.Şükürbəyli kəndində həkim məntəqəsinin fəaliyyətə başlaması bölgədə yaşayış üçün zəruri sosial xidmətlərin formalaşdırılması, eləcə də “Böyük Qayıdış” çərçivəsində səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, həkim məntəqəsi Prezident İlham Əliyevin Şükürbəyli kəndinə səfəri zamanı verdiyi tapşırıqların icrası çərçivəsində yaradılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Deputatdan təklif: Tək yaşayan qadınlar daha tez pensiyaya çıxsın

Next Article

Azərbaycan elmi üçün mühüm uğur: Rusiyadan rəsmi tanınma

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nurəddin Qərəvi: Qürbətdə bir vətən nəğməsi

Elşən 07 İyun 2026 · 14:46 1173 baxış İran–ABŞ–İsrail qarşıdurması: savaş, yoxsa ssenari?İran, ABŞ və İsrail arasında yaşanan qarşıdurmanın sona yaxınlaşdığı bir dövrdə bir sual məni ciddi şəkildə düşündürür: həqiqətənmi bu hadisələr bir müharibədir, yoxsa […]

FHN bir həftənin statistikasını açıqladı: 443 yanğın, 7 meyit

Aysel Əlibəyli 08 İyun 2026 · 10:01 1072 baxış Fövqəladə Hallar Nazirliyi ötən həftə ərzində ölkə ərazisində baş verən hadisələrlə bağlı statistik məlumatları açıqlayıb. Elpress.az xəbər verir ki, Nazirliyin məlumatına görə, bir həftə ərzində müxtəlif […]

Sabah temperatur 37 dərəcəyədək yüksələcək

Aysel Əlibəyli 09 İyul 2026 · 16:05 1032 baxış Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 10-da Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi, bəzi rayonlarda temperaturun 37 dərəcəyədək yüksələcəyi gözlənilir. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti […]