--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Qızılca epidemiyası can almaqda davam edir: ölən uşaqların sayı 700-ü keçdi

Aysel Əlibəyli 29 İyun 2026 · 13:33 38 baxış

Elpress.az xəbər verir ki, Banqladeşdə qızılca epidemiyası ilə bağlı vəziyyət ağır olaraq qalır. Son 24 saat ərzində daha dörd uşağın həyatını itirməsi ilə ölkədə bu xəstəlikdən ölənlərin sayı 712-yə yüksəlib.

Xarici medianın yaydığı məlumata görə, son bir gündə daha 941 şübhəli yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə qızılca ilə bağlı şübhəli halların ümumi sayı 99 min 207-yə çatıb.

Banqladeş Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, aprelin 10-dan etibarən qızılca şübhəsi ilə xəstəxanalara yerləşdirilən şəxslərin sayı 82 min 844 olub. Onlardan 79 min 152 nəfər müalicə aldıqdan sonra evə buraxılıb.

Artan yoluxma və ölüm halları fonunda Banqladeş hökuməti aprelin 7-də ölkə üzrə genişmiqyaslı təcili peyvənd kampaniyasına start verib. Səlahiyyətli qurumlar əhalini, xüsusilə də uşaqların vaxtında peyvənd olunmasının vacibliyi barədə xəbərdar edir.

Mütəxəssislərin sözlərinə görə, qızılca pnevmoniya və ensefalopatiya kimi ağır fəsadlara səbəb ola bilər və bu xəstəlik dünyada peyvənd vasitəsilə qarşısı alına bilən ölüm səbəbləri arasında ön sıralarda yer alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan İsrailin qərarından narahatdır – rəsmi açıqlama

Next Article

Rusiya ordusunun Dneprə hücumu can aldı: yaralılar var

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ukrayna Aİ-dən 6,6 milyard avroluq hərbi yardım istəyir

Aysel Əlibəyli 01 İyul 2026 · 13:09 34 baxış Kiyevdən Brüsselə yeni müraciət: Ukrayna müdafiə xərcləri üçün milyardlarla avro tələb edir Elpress.az-ın məlumatına əsasən, Ukrayna Avropa İttifaqından (Aİ) müdafiə ehtiyacları üçün 6,6 milyard avro həcmində […]

Niderlandda su qıtlığı rejimi elan edildi

Aysel Əlibəyli 17 İyul 2026 · 00:18 16 baxış Niderland hakimiyyəti uzunmüddətli isti hava şəraiti və çaylarda su səviyyəsinin kritik həddə enməsi səbəbindən ölkədə ikinci səviyyəli su böhranı – “faktiki su qıtlığı” rejimi elan edib. […]

Zalujnı prezidentliyə namizəd olmaq istəyir

Aysel Əlibəyli 01 İyul 2026 · 12:23 42 baxış Ukraynada seçki ehtimalları: Zalujnının prezidentlik planı gündəmə gəldi Elpress.az-ın verdiyi məlumata əsasən, Ukraynada gələcək prezident seçkiləri ilə bağlı siyasi müzakirələr davam edir. Ölkənin Böyük Britaniyadakı səfiri […]

Türkiyədə meşə yanğınları davam edir

Aysel Əlibəyli 18 İyul 2026 · 16:22 10 baxış İzmir və Kütahyada meşə yanğınları ilə mübarizə aparılır Elpress.az xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrində davam edən meşə yanğınlarının söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.İzmirin Narlıdərə […]