--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Kiyevə qanlı zərbə: Ölənlərin sayı 15-ə yüksəldi

Aysel Əlibəyli 06 İyul 2026 · 19:30 1042 baxış

Rusiya Kiyevə raket və dronlarla hücum etdi: Dağıntılar artır, itkilər ağırlaşır

Elpress.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi genişmiqyaslı raket və pilotsuz uçuş aparatları hücumu ağır nəticələrə səbəb olub. Hücum zamanı şəhərin müxtəlif rayonları hədəfə alınıb, yaşayış və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.İlkin məlumatlarda hücum nəticəsində 7 nəfərin öldüyü, 24 nəfərin isə yaralandığı bildirilsə də, sonradan açıqlanan rəsmi məlumatlara əsasən itkilərin sayı sürətlə artıb. Hazırda ölənlərin sayının 15 nəfərə, yaralananların sayının isə 46 nəfərə çatdığı açıqlanıb.Məlumata görə, hücum zamanı Kiyevdə ardıcıl güclü partlayışlar baş verib. Xüsusilə Qoloseyev rayonunda yerləşən obyektlərdən biri zərbə alıb və hadisə yerində güclü tüstü müşahidə olunub. Şəhərin müxtəlif rayonlarında ümumilikdə 20-yə yaxın ərazidə dağıntılar qeydə alınıb.Bildirilir ki, hücum zamanı “Kalibr”, “Geran”, “Zirkon” və “İsgəndər” tipli raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə olunub. Bununla yanaşı, Kiyev Su Elektrik Stansiyası (SES) ərazisinə və Çerniqov şəhərinə də zərbələrin endirildiyi barədə məlumat yayılıb.Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, dağıntılar altında insanların qalması ehtimalı var. Bu səbəbdən axtarış-xilasetmə əməliyyatları davam etdirilir və ölənlərlə yaralananların sayının artacağı istisna edilmir. Xilasetmə qrupları hadisə yerlərində fasiləsiz fəaliyyət göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Dünya musiqisinin dahisi Ennio Marrikonenin unudulmayan həyatı

Next Article

Musiala əməliyyat olundu: “Bavariya” son durumu açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Müharibə Çernobılın vəhşi təbiətini yenidən təhlükəyə atır

Aysel Əlibəyli 25 May 2026 · 12:24 1085 baxış Rusiyanın apardığı müharibə Çernobıldakı vəhşi təbiət qoruğunu təhlükə altında qoyur. Elpress.az-ın məlumatına görə, Nüvə fəlakətindən sonra insanların tərk etdiyi ərazi təcrid zonası olaraq qalaraq zamanla vəhşi […]

Mozambikdə polis və sakinlər toqquşdu

Aysel Əlibəyli 24 İyul 2026 · 11:47 1026 baxış Mozambikdə polis və yerli sakinlər arasında baş verən toqquşmada 4 polis yaralanıb Elpress.az xəbər verir ki, Mozambikin Nampula əyalətinin Larde rayonunda polis əməkdaşları ilə yerli sakinlər […]