--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İlon Maskın sərvətini saymaq üçün 31 min ildən çox vaxt lazımdır

Aysel Əlibəyli 13 İyun 2026 · 23:55 1068 baxış

Dünyanın ən varlı şəxslərindən biri olan Elon Muskın sərvətinin miqyası ilə bağlı diqqətçəkən hesablamalar aparılıb.

Elpress.az xəbər verir ki, “New York” jurnalında dərc olunan məqalədə bildirilir ki, sahibkarın sərvəti 1 trilyon dollara çatsa, həmin məbləği saniyədə bir dollar olmaqla fasiləsiz saymaq üçün təxminən 31 min 700 il lazım gələr.Məqalədə qeyd olunur ki, bu qədər vəsaitlə 450-dən çox Olimpiya standartlı üzgüçülük hovuzunu doldurmaq mümkündür. Eyni zamanda, bir trilyon dollar ABŞ-dəki milyonlarla ailə arasında bölüşdürülsə, hər ailəyə minlərlə dollar vəsait düşər.Mütəxəssislərin fikrincə, insanların əksəriyyəti bir trilyon dolların real miqyasını təsəvvür etməkdə çətinlik çəkir. Bildirilir ki, belə sərvət sahibinə aktivlərini satmadan da iri həcmdə investisiya və maliyyə imkanları əldə etməyə şərait yaradır.Qeyd olunub ki, İlon Maskın sərvətinin əsas hissəsi nağd pul deyil, onun Tesla və SpaceX kimi şirkətlərdəki paylarının bazar dəyəri hesabına formalaşır. Bu səbəbdən sərvətin böyük hissəsini qısa müddətdə nağd pula çevirmək mümkün deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Şamaxıda Barbekü Festivalına start verildi

Next Article

Tramp: ABŞ və İran arasında saziş sabah imzalana bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Zelenski ağır qış xəbərdarlığı etdi

Aysel Əlibəyli 27 İyul 2026 · 12:29 1012 baxış Zelenski ukraynalıları qarşıdan gələn ağır qışa hazırlaşmağa çağırıb Elpress.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarını qarşıdan gələn qışın çox ağır keçə biləcəyi ilə […]

İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İsveçrəyə getdi

Aysel Əlibəyli 20 İyun 2026 · 19:23 1054 baxış İran ABŞ-la keçiriləcək danışıqlarda iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyətini İsveçrəyə göndərib. Elpress.az-ın məlumatına əsasən, İran nümayəndə heyəti ABŞ-la danışıqlar aparmaq məqsədilə İsveçrəyə yola düşüb.Heyətə […]