--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Zakir Həsənov yeni ali hərbi rütbə alan zabitlərlə görüşdü

Aysel Əlibəyli 26 İyun 2026 · 17:58 1068 baxış

Elpress.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 26-da Prezidentin sərəncamı ilə ali hərbi rütbə verilən hərbi qulluqçularla görüş keçirib.

Tədbirdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 25 iyun 2026-cı il tarixli sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub. Daha sonra bir qrup zabitə “general-mayor” ali hərbi rütbəsi təqdim edilib.

General-polkovnik Zakir Həsənov dövlət başçısının təbriklərini yeni rütbə alan hərbi qulluqçulara çatdıraraq onlara gələcək xidmətlərində uğurlar arzulayıb, qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verib.

Təltif olunan zabitlər isə göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini ifadə edərək, bu etimadı layiqincə doğruldacaqlarını bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hörmüzdə yeni gərginlik: SEPAH üç xarici tankerin keçidinə icazə vermədi

Next Article

Bakıdakı UFC gecəsi öncəsi həyəcan: Döyüşçülər üz-üzə gəldi, çəkidən keçdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ-yə səfər planı açıqlandı

Aysel Əlibəyli 18 İyun 2026 · 00:59 1074 baxış Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Livan rəhbərliyinin yaxın vaxtlarda Vaşinqtona səfər edəcəyini açıqlayıb. “Reuters”in yaydığı məlumata görə, Ağ Ev rəhbəri Livan prezidenti və […]

Zakir Həsənov Səlcuq Bayraktarla görüşdü

Aysel Əlibəyli 10 İyul 2026 · 12:25 1050 baxış Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Elpress.az xəbər […]

Tramp İrana hücum ehtimalını açıq saxladı

Aysel Əlibəyli 27 May 2026 · 21:20 1080 baxış ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların yenidən başlana biləcəyini açıq şəkildə istisna etməyib. ELPRESS.az apa-a istinadən verdiyi məlumata görə, Tramp bu fikirlərini Ağ Evdə […]

Dövlət kibertəhlükəsizlik sahəsində addımlarını gücləndirir

Aysel Əlibəyli 04 İyul 2026 · 15:30 1046 baxış Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm institusional dəyişiklik həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli […]