--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

XİN-dən CNN-ə rəsmi cavab: İddialar əsassızdır

Aysel Əlibəyli 05 İyun 2026 · 15:02 1136 baxış

5 iyun tarixində CNN World xəbər kanalının rəsmi internet səhifəsində yayımlanan məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat xarakterli əməliyyatlar üçün istifadə edilməsi, eləcə də İsrailə məxsus qüvvələrin ölkə ərazisində yerləşdirilməsi ilə bağlı irəli sürülən iddialar heç bir fakta əsaslanmır. Sözügedən məlumatlar tamamilə həqiqətdən uzaqdır və Azərbaycan tərəfi tərəfindən qəti şəkildə rədd edilir.

Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin CNN World xəbər kanalında dərc olunmuş məqalədə Azərbaycanla bağlı irəli sürülən iddialara münasibət bildirərkən səsləndirdiyi şərhdə yer alıb.Ayxan Hacızadə qeyd edib ki, sözügedən məqalədə əks olunan ittihamlar yeni deyil və Azərbaycan tərəfi tərəfindən dəfələrlə rəsmi şəkildə təkzib olunub. O vurğulayıb ki, ölkənin mövqeyi CNN-in ünvanladığı sorğuya cavab olaraq əvvəlcədən redaksiyaya təqdim edilib və bununla bağlı rəsmi izahat verilib.XİN rəsmisinin sözlərinə görə, konkret fakt və sübutlara əsaslanmayan, anonim mənbələrin iddiaları üzərində qurulan materialın yayımlanması, eyni zamanda Azərbaycanın rəsmi mövqeyinin lazımi şəkildə nəzərə alınmaması jurnalistikanın obyektivlik, qərəzsizlik və peşəkarlıq prinsiplərinə uyğun deyil.O bildirib ki, Azərbaycanın ərazisinin hər hansı üçüncü ölkəyə qarşı hərbi əməliyyatların həyata keçirilməsi, kəşfiyyat fəaliyyətlərinin aparılması və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə olunması ilə bağlı səsləndirilən fikirlər tamamilə əsassızdır. Azərbaycanın bu cür fəaliyyətlərə heç vaxt imkan vermədiyini və gələcəkdə də verməyəcəyini diqqətə çatdıran Hacızadə, ölkənin xarici siyasətində beynəlxalq hüquqa və qarşılıqlı hörmət prinsiplərinə sadiq qaldığını vurğulayıb.Mətbuat katibi əlavə edib ki, Azərbaycan regionda davamlı sülhün, təhlükəsizliyin və mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət yürüdür. Bu baxımdan, heç bir sübuta söykənməyən və reallığı əks etdirməyən bu kimi məlumatların yayılması növbəti dezinformasiya cəhdi kimi qiymətləndirilməlidir.Ayxan Hacızadə, həmçinin, CNN tərəfindən yayımlanmış məqalədə yer alan əsassız iddiaların təkzib olunacağına ümid etdiklərini və media qurumlarının məlumatların dəqiqliyinə və peşəkar jurnalistika standartlarına daha həssas yanaşmasının vacibliyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kreml: Putin Zelenskinin açıq məktubu ilə tanışdır

Next Article

Süni İntellektlə Qlobal Təhsil Fürsətləri

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Berlində rəsmi qarşılandı

Aysel Əlibəyli 21 İyul 2026 · 15:17 1012 baxış Prezident İlham Əliyevin Almaniyada rəsmi qarşılanma mərasimi keçirilib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində Berlində rəsmi qarşılanma mərasimi keçirilib.Almaniya Federativ Respublikasının […]

Məlum olub ki, yeni direktor icra başçısının qardaşıdır.

Aysel Əlibəyli 26 May 2026 · 20:06 1082 baxış Daha əvvəl məlumat verdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən imzalanan əmrə əsasən, Sabunçu Tibb Mərkəzi-nin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin olunub. Elpress.az-ın […]

Yasamalda dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Aysel Əlibəyli 23 İyun 2026 · 17:24 1052 baxış Dövlət qulluqçularının peşə bayramı münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən silsilə anım və tədbirlər keçirilib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tədbir çərçivəsində rayon rəhbərliyi və […]