--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Tbilisidə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb

Aysel Əlibəyli 24 İyun 2026 · 11:45 1074 baxış

Elpress.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimi keçirilib.

Tədbirdə 100-ə yaxın ölkədən 420 nümayəndə, o cümlədən Azərbaycan nümayəndə heyəti iştirak edir.

Məlumata görə, forumda Azərbaycanın nümayəndə heyətini State Social Protection Fund of Azerbaijan təmsil edir.Açılış mərasimində Irakli Kobakhidze, Paata Salia və Li Junhua çıxış edərək forumun əhəmiyyətindən danışıblar. Tədbir çərçivəsində keçirilən panel müzakirəsində DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev Azərbaycanda sosial təminat və sosial sığorta sahəsində həyata keçirilən islahatlar, rəqəmsal xidmətlərin genişləndirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində əldə olunan nəticələr barədə təqdimatla çıxış edib.Forumun digər sessiyalarında rəqəmsal inklüzivlik, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq, ictimai etimadın gücləndirilməsi, rəqəmsal transformasiya və insan mərkəzli dövlət xidmətlərinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.Tədbirdə həmçinin dezinformasiyaya qarşı mübarizə, inklüziv dövlət qurumlarının formalaşdırılması və gələcək dövlət xidmətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AMB pul siyasəti ilə bağlı yeni qərar verdi

Next Article

Romeo Bekhem Hollivuda addım atdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

YAP Xəzər rayon təşkilatının 33 illiyi qeyd olundu

Aysel Əlibəyli 21 İyul 2026 · 12:49 1028 baxış Elpress.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin […]

Tramp İlham Əliyevi G20 Liderlər Sammitinə dəvət edib

Aysel Əlibəyli 13 İyul 2026 · 11:42 1028 baxış ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə xüsusi qonaq qismində dəvət edib. Elpress.az xəbər verir ki, Bu barədə Qırğızıstanın ABŞ-dakı […]

Zakir Həsənov yeni ali hərbi rütbə alan zabitlərlə görüşdü

Aysel Əlibəyli 26 İyun 2026 · 17:58 1062 baxış Elpress.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 26-da Prezidentin sərəncamı ilə ali hərbi rütbə verilən hərbi qulluqçularla görüş keçirib. Tədbirdə Azərbaycan Prezidenti, Silahlı […]