--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan və İordaniya arasında vizalar ləğv olunur

Aysel Əlibəyli 09 İyul 2026 · 11:38 26 baxış

Azərbaycan və İordaniya arasında münasibətlərin inkişafı istiqamətində daha bir mühüm sənəd imzalanıb.

Elpress.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İordaniyanın xarici işlər naziri Əymən Əs-Safadi iki ölkənin ümumvətəndaş pasportu sahibləri üçün qarşılıqlı viza rejiminin ləğvini nəzərdə tutan sazişi imzalayıblar.

Razılaşmaya əsasən, sənəd qüvvəyə mindikdən sonra hər iki ölkənin vətəndaşları qarşılıqlı səfərlər zamanı viza almaq öhdəliyindən azad olunacaqlar.

Tərəflər bununla yanaşı, energetika sahəsində əməkdaşlığın genişləndirilməsini hədəfləyən Anlaşma Memorandumuna da imza atıblar. Sənəd iki ölkə arasında enerji sektorunda təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradacaq.

Qeyd edək ki, imzalanan sənədlər Azərbaycan və İordaniya arasında siyasi, iqtisadi və humanitar əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bu gün diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır

Next Article

Metro bağlanandan sonra nə baş verir? – Sərnişinlərin görmədiyi proseslər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Prezident: Azərbaycan Çindən hərbi məhsullar alıb

Aysel Əlibəyli 13 İyul 2026 · 11:19 30 baxış Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında əməkdaşlığın bütün istiqamətlər üzrə genişləndiyini və müdafiə sahəsində də yeni mərhələyə qədəm qoyduğunu bildirib. Elpress.az xəbər verir ki , […]

MN-in hərbi qulluqçuları təltif olundu

Aysel Əlibəyli 25 İyun 2026 · 16:43 42 baxış Müdafiə Nazirliyinin bir qrup hərbçisi xidmət fəaliyyətinə görə yüksək qiymətləndirilib və təltif edilib Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu xidmətlərində fərqləndiklərinə görə təltif olunub.Təltif olunan hərbçilər […]

Gürcüstan Azərbaycanla sərhəd məsələsini müzakirə edib

Aysel Əlibəyli 03 İyun 2026 · 10:18 138 baxış Gürcüstan hökuməti ötən il ərzində regionda sabitliyin möhkəmləndirilməsi və davamlı sülhün təmin olunmasına yönəlmiş balanslı qonşuluq siyasəti həyata keçirdiyini bəyan edib. Elpress.az APA-ya istinadən xəbər verir […]