--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Arzum işi yenidən gündəmdə: Qəzada ölən Amal Məlikovun keçmişi ilə bağlı sənədlər yayıldı

Aysel Əlibəyli 04 İyul 2026 · 20:05 34 baxış

Tiktoker İlduzə Hacıyevanın (Arzum999) həbsindən sonra ötən il Mərdəkanda baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi yenidən ictimai müzakirələrin mərkəzinə düşüb.

Elpress.az xəbər verir ki, ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Atasova qəzada həyatını itirən Amal Məlikovun əvvəlki illərdə məhkum olunması ilə bağlı məhkəmə sənədlərini ictimailəşdirib.

Yayılan sənədlərdə bildirilir ki, Amal Məlikov 2021-ci ildə xuliqanlıq ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Məhkəmə onu başqa bir şəxslə birlikdə ictimai asayişi pozmaq və zor tətbiqi ilə müşayiət olunan insidentdə təqsirli bilib.

Bundan başqa, sənədlərə əsasən, 2022-ci ildə onun üzərindən 2,262 qram heroin aşkarlanıb. Bu səbəbdən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinən Amal Məlikov 1 il 6 ay azadlıqdan məhrum edilib, eyni zamanda narkomaniyadan məcburi müalicə təyin olunub.

Xatırladaq ki, faciə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. İstintaq materiallarına görə, İlduzə Hacıyevanın idarə etdiyi “Changan” markalı avtomobil sola dönmə manevri edərkən arxadan gələn “Mercedes”lə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Mercedes” maneəyə çırpılıb və bir neçə dəfə aşıb.

Nəticədə sürücü, 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, avtomobildə olan həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarətlər alıb.

Məhkəmənin hökmü ilə İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və hökm elan olunduqdan dərhal sonra məhkəmə zalında həbs edilərək cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Lənkəranda alov magistralı bürüdü: Yanğın sürətlə genişlənir

Next Article

“Gənc xilasedici” beynəlxalq yarışında Azərbaycan birinci oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əfsanəvi qorxu filmi yenidən çəkilir

Aysel Əlibəyli 15 İyul 2026 · 18:30 12 baxış Paramount Pictures “Qarağac küçəsində kabus” filminin yeni ekran versiyasını hazırlayır Elpress.az xəbər verir ki , Məşhur qorxu filmi seriyası “Qarağac küçəsində kabus” yenidən böyük ekranlara qayıtmağa […]

Flora Kərimovanın səhhəti ilə bağlı son məlumat

Aysel Əlibəyli 18 İyun 2026 · 14:01 104 baxış Səhhətində yaranan problem səbəbindən tibb müəssisəsinə yerləşdirilən Xalq Artisti Flora Kərimovanın vəziyyəti stabildir. Elpress.az xəbər verir ki, sənətkarın köməkçisi Yaqub İmanovun Lent.az-a verdiyi məlumata görə, müalicə […]

Türkiyədə tanınmış müğənni İlyas Yalçıntaş həbs edildi

Aysel Əlibəyli 17 İyul 2026 · 20:25 12 baxış Türkiyədə narkotik vasitələrlə mübarizə çərçivəsində aparılan istintaq zamanı tanınmış müğənni İlyas Yalçıntaş barəsində həbs qərarı çıxarılıb. Elpress.az xəbər verir ki, Bakırköy Baş Prokurorluğunun apardığı araşdırma zamanı […]