--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Həsən Həsənov: Azərbaycan–Macar söz qohumluğu sübut olunub

Aysel Əlibəyli 10 İyun 2026 · 21:53 1086 baxış

Kitab qədim macar və türk xalqlarının birliyinə və dillərinin ortaq köklərinə əsaslanır; zamanla yaranan fərqlərə baxmayaraq, müəllif bu iki dilin qədim yaxınlığını yenidən üzə çıxarmağa çalışır.

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, tanınmış ictimai-siyasi xadim Həsən Həsənov bildirib ki, ilkin mərhələdə onun araşdırmaları bütün alimlər tərəfindən qəbul olunmasa da, o, dilçiliyin elmi prinsiplərinə əsaslanaraq azərbaycanlılarla macarları birləşdirən çoxsaylı sözlərin qohumluğunu sübut etməyə nail olub. Onun sözlərinə görə, bəzi tədqiqatçılar bu leksik oxşarlıqları yalnız Osmanlı dövründə macar dilinə keçmiş təsirlər kimi qiymətləndirsələr də, aparılan elmi təhlillər göstərib ki, həmin sözlər macar dilində daha qədim dövrlərdən mövcuddur. Bu fikirləri o, bu gün Türk Mədəniyyəti və İrsi Fondunda təqdimatı keçirilən “Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatında səsləndirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Pezeşkian Trampa sərt mesaj verdi

Next Article

Tramp: Pakistan İran danışıqlarında vasitəçi rolunu davam etdirir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şair Nəriman Mehdixanlının 90 illik yubileyi qeyd edildi

Aysel Əlibəyli 24 İyun 2026 · 19:17 1064 baxış Nəriman Mehdixanlının 90 illik yubileyi: Şairin yaradıcılığına ehtiram göstərildi Ağstafalı qocaman şair Nəriman Mehdixanlının 90 illik yubileyi münasibətilə tədbir keçirilib.Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağstafa […]

Sabir Rüstəmxanlının 80 illik yubileyi Dram Teatrında qeyd olundu

Elşən 26 May 2026 · 21:59 1179 baxış Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə paytaxtda təntənəli tədbir keçirilib. Yubiley gecəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında […]

Yapon yazıçısı Keyqo Hiqaşino vəfat etdi

Aysel Əlibəyli 27 İyul 2026 · 11:58 1018 baxış “Şübhəli X-in Sədaqəti”nin müəllifi Keyqo Hiqaşino 68 yaşında dünyasını dəyişib Elpress.az xəbər verir ki, Yaponiyanın məşhur detektiv yazıçısı Keyqo Hiqaşino 68 yaşında vəfat edib. Məlumata görə, […]