--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Əli Hacı dan yeni şeir

Elşən 24 İyun 2026 · 08:51 1174 baxış

Ağlayan göy üzü var,
Göz yaşın saxlayan yer!
Tanrının əli səndə,
Göz yaşlarına əl ver!

Üstünü ört soyuğun,
İstin olsun yavanlığı!
Dili ol qaranlığın,
Çıxıb getməyə yol ver!

Ah çək,yel ovutmağa
Qəm çək,el ovutmağa!
Arx çək,sel ovutmağa
Qələm əlinə bel ver! 

Güzgüyə yaz üzünü,
Cır o,kağız üzünü!
De,bir ağız sözünü
Sözə dilindən bal ver!

Göy olub, yerə qaçdım,
Yüz məndən birə qaçdım!
Tanrım ! Bir bazar açdım,
Bu bazarda sözal, ver!

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda bu yollardan keçənlərə xəbərdarlıq

Next Article

İran parlamentinin sədri Azərbaycana gəldi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

AXC və Alaş-Orda: ortaq dövlətçilik irsi müzakirə olundu

Aysel Əlibəyli 18 İyun 2026 · 00:53 1072 baxış AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Demokratik Respublikası və Alaş-Orda: dövlət quruculuğunun tarixi təcrübəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir […]

İan Peart vəfat edib

Aysel Əlibəyli 25 İyul 2026 · 14:46 1014 baxış Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına mühüm töhfələr vermiş İan Peart dünyasını dəyişib. Elpress.az xəbər verir ki, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması istiqamətində uzun illər fəaliyyət göstərən İan Peart […]

Azərbaycanda kitabxana fondunun yarıdan çoxu kiril əlifbasındadır

Aysel Əlibəyli 10 İyun 2026 · 12:04 1086 baxış Azərbaycanda fəaliyyət göstərən kitabxanaların böyük hissəsinin beynəlxalq standartlara uyğun olmadığı açıqlanıb. Elpress.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsində keçirilən “Kitabxana sisteminin mövcud vəziyyəti […]

Eşitmə məhdudiyyətlilər üçün dövlətlə birgə layihələr həyata keçirilir

Aysel Əlibəyli 04 İyun 2026 · 18:27 1142 baxış Dövlət qurumları ilə ictimai təşkilatların birgə həyata keçirdiyi layihələr eşitmə məhdudiyyətli insanların məlumatlılığının artırılmasına, onların sosial həyatda daha fəal iştirakına və cəmiyyətə inteqrasiyasının gücləndirilməsinə mühüm töhfə […]