--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Yeni qayda ilə maaş sistemi: bu şəxslərə ödəniş dəyişir

Aysel Əlibəyli 06 İyun 2026 · 14:18 114 baxış

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılmış maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı yeni qaydalar rəsmi şəkildə təsdiqlənib.

Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Yeni təsdiqlənən qaydalara əsasən, Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində çalışan digər dövlət orqanlarının əməkdaşlarının mükafatlandırılması məqsədilə ayrılan vəsaitin istifadəsi, bölgüsü və ödəniş mexanizmi daha dəqiq və sistemli şəkildə tənzimlənəcək. Belə ki, “ASAN xidmət” mərkəzlərinə yönəldilən maliyyə vəsaiti hər ay Dövlət Agentliyi tərəfindən müvafiq mərkəzlərin xəzinə hesablarına köçürüləcək və bu vəsaitin bölüşdürülməsi növbəti ayın hesablanması əsasında həyata keçiriləcək.Vəsaitin əməkdaşlar arasında ədalətli bölgüsü isə aylıq əsasda aparılacaq və həm Dövlət Agentliyinin Aparatında, həm də “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər üçün ayrı-ayrılıqda müəyyən ediləcək. Bu proses Dövlət Agentliyinin Aparatında sədrin əmri, “ASAN xidmət” mərkəzlərində isə müvafiq mərkəz direktorunun əmri ilə təsdiqlənərək rəsmiləşdiriləcək.Yeni qaydalarda əmək məzuniyyəti dövründə mükafatlandırma mexanizmi də xüsusi olaraq tənzimlənir. Belə ki, Agentlik Aparatının əməkdaşı məzuniyyətdə olduğu müddətdə mükafatı həmin ay üzrə düşən məbləğin 50 faizi həcmində, “ASAN xidmət” mərkəzlərində çalışan əməkdaşlar isə 80 faizi həcmində alacaqlar. Digər dövlət orqanlarının əməkdaşları üçün isə mükafat məbləği “ASAN xidmət” mərkəzlərində və səyyar xidmətlərdə aparılan nəzarət və qiymətləndirmə qaydalarına uyğun olaraq müəyyən edilən aylıq yekun bal əsasında hesablanaraq ödəniləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın enerji rolu daha da güclənəcək

Next Article

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakcell-in yeni rəhbəri bəlli oldu

Aysel Əlibəyli 08 İyun 2026 · 16:57 86 baxış Bu gün “Bakcell” şirkəti baş icraçı direktor vəzifəsinə yeni təyinatla bağlı rəsmi açıqlama yayaraq rəhbərlik strukturunda baş verən dəyişiklik barədə ictimaiyyəti məlumatlandırıb. Telekommunikasiya sahəsində 35 ildən […]

“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub

Aysel Əlibəyli 15 İyul 2026 · 17:52 10 baxış “AzerGold” QSC IV Şuşa Qlobal Media Forumu çərçivəsində qızıl və gümüş məhsullarından ibarət xüsusi kolleksiyalarını nümayiş etdirib. Elpress.az xəbər verir ki, Forum iştirakçılarına şirkətin fəaliyyəti və […]

Heyvandarlığa Yeni Dövlət Dəstəyi Paketi Təsdiqləndi

Aysel Əlibəyli 12 İyun 2026 · 19:19 66 baxış Yeni təsdiqlənən subsidiya qaydaları ilə heyvandarlıq istehsalçıları üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub. Göygöldə jurnalistlərə açıqlama verən kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, […]

Azərbaycan və Almaniya “yaşıl hidrogen” layihəsində birləşir

Aysel Əlibəyli 06 İyun 2026 · 13:07 116 baxış Azərbaycan və Almaniya enerji sahəsində əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün “yaşıl hidrogen” də daxil olmaqla bir sıra layihələr üzərində işləyir. Elpress.az xəbər verir ki, bu […]