--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

AZAL 6 ayda sərnişin sayını 5 faiz artırdı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:32 1042 baxış

Azərbaycan Hava Yolları 2026-cı ilin ilk altı ayında 1,9 milyon sərnişinə xidmət göstərərək sərnişin daşımalarında ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım qeydə alıb.

Elpress.az xəbər verir ki, Azərbaycan Hava Yolları 2026-cı ilin ilk yarısında marşrut şəbəkəsini genişləndirmək, donanmasını yeni nəsil təyyarələrlə gücləndirmək və rəqəmsal xidmətlərini inkişaf etdirmək istiqamətində fəaliyyətini davam etdirib. Hesabat dövründə aviaşirkət ümumilikdə 1,9 milyon sərnişinə xidmət göstərib. Beynəlxalq istiqamətlər üzrə səyahət edənlərin sayı 4 faiz artaraq 1,6 milyona çatıb, ümumilikdə isə 8 462 reys həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur.Bu müddətdə AZAL Şımkent istiqamətinə birbaşa uçuşlara başlayıb, Aktöbə, Atırau, Brüssel və Qars marşrutları üzrə müntəzəm reyslər üçün bilet satışını açıb. Hazırda aviaşirkətin marşrut şəbəkəsi 52 istiqaməti əhatə edir. Sərnişinlərin ən çox üstünlük verdiyi şəhərlər isə Moskva, İstanbul, Tbilisi, Təl-Əviv və Ankara olub.Hesabat dövründə donanmaya iki ədəd Airbus A320neo və AZAL tarixində ilk Airbus A321neo daxil olmaqla üç yeni nəsil təyyarə əlavə edilib. Bununla da istismarda olan təyyarələrin sayı 29-a yüksəlib. Bakı–Naxçıvan–Bakı marşrutu üzrə isə 1 868 reys yerinə yetirilib və 367 mindən çox sərnişin daşınıb ki, bu da hər iki göstərici üzrə 10 faizlik artım deməkdir.Bundan əlavə, aviaşirkət sərnişinlər üçün bir sıra yeni rəqəmsal xidmətləri istifadəyə verib. Onlayn əlavə baqaj xidmətinin genişləndirilməsi, “Stopover” və avtomobil icarəsi xidmətlərinin tətbiqi, müxtəlif beynəlxalq ödəniş sistemləri ilə inteqrasiya və xüsusi rouminq paketlərinin təqdim edilməsi sərnişinlər üçün xidmət keyfiyyətinin daha da artırılmasına xidmət edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

DİN-də 6 ayın yekunlarına həsr olunan Kollegiya iclası keçirildi

Next Article

Şahin Diniyev: “Vestri” ilə oyun “Qarabağ” üçün rahat keçəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan daha bir beynəlxalq dəniz konvensiyasına qoşulur

Aysel Əlibəyli 12 İyun 2026 · 13:41 1064 baxış Azərbaycan gəmilərdə istifadə olunan zərərli çirklənmə əleyhinə sistemlərə nəzarəti nəzərdə tutan beynəlxalq konvensiyaya qoşulmağa hazırlaşır. Sənədə əsasən, gəmilərin gövdəsində tətbiq edilən və dəniz mühitinə mənfi təsir […]

Dolların sabahkı rəsmi məzənnəsi açıqlandı

Aysel Əlibəyli 30 İyun 2026 · 18:34 1042 baxış Azərbaycan Mərkəzi Bankı milli valyutanın xarici valyutalara nisbətdə müəyyən edilən rəsmi göstəriciləri ilə bağlı növbəti məlumatı açıqlayıb. Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı manatın […]

Azərbaycanda çevik iş vaxtı modeli tətbiq oluna bilər

Aysel Əlibəyli 21 İyul 2026 · 14:38 1018 baxış 2026–2030-cu illər üzrə Tədbirlər Planında çevik iş rejimi modellərinin hazırlanması nəzərdə tutulur. Elpress.az xəbər verir ki, Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanan çevik iş vaxtı rejiminin tətbiqi istiqamətində […]