--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

“Şamaxı” portuqaliyalı müdafiəçini transfer etdi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:40 28 baxış

Premyer Liqa təmsilçisi “Şamaxı” yeni mövsüm öncəsi heyətini gücləndirmək üçün növbəti transferini reallaşdırmağa hazırlaşır. Klub portuqaliyalı müdafiəçi ilə razılıq əldə edib.

Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, “Şamaxı” klubu yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirir. Premyer Liqa təmsilçisi son olaraq Portuqaliyanın III Liqa klublarından olan “Paredes”də çıxış edən Rui Paçekonu heyətinə cəlb edib.Məlumata görə, 24 yaşlı portuqaliyalı mərkəz müdafiəçisi ilə bütün detallar üzrə razılıq əldə olunub. Transferin yaxın günlərdə klub tərəfindən rəsmi şəkildə açıqlanacağı gözlənilir.Rui Paçeko futbol karyerasına “Paços de Ferreira”nın akademiyasında başlayıb. Müdafiəçi daha sonra Portuqaliyanın “Rebordoza” klubunda çıxış edib. O, həmçinin “Porto” və “Qondomar” klublarının aşağı yaş qruplarında da forma geyinərək peşəkar futbol təcrübəsi qazanıb.“Şamaxı” rəhbərliyi yeni transferin komandanın müdafiə xəttinə əlavə güc qatacağına ümid edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiyanın Kiyevə zərbələrində ölənlərin sayı 20-yə çatdı

Next Article

Azərbaycan Polisi 108 illiyini qeyd etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Fərman Həsənov UFC-də uğurlu çıxış edərək qələbə qazandı

Aysel Əlibəyli 27 İyun 2026 · 20:10 97 baxış Bakıda keçirilən UFC turnirində Azərbaycan təmsilçisi Fərman Həsənov uğurlu çıxışı ilə yadda qalıb. İlkin döyüşlər çərçivəsində yarımorta çəkidə oktaqona çıxan Həsənov ABŞ idmançısı Erik Nolanla qarşılaşıb. […]

Fiorentina klubunun yeni baş məşqçisi müəyyənləşib.

Aysel Əlibəyli 08 İyun 2026 · 19:37 56 baxış Fiorentina klubunda baş məşqçi məsələsinə aydınlıq gətirilib və uzun müddətdir maraqla gözlənilən qərar rəsmiləşib, belə ki, komandanın sükanı arxasına yeni mütəxəssis gətirilib və onun təyinatı barədə […]