--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Qaxda savate üzrə turnir keçirilib

Aysel Əlibəyli 16 İyun 2026 · 00:19 60 baxış

Qax Olimpiya İdman Kompleksində “Qərbi Azərbaycana Qayıdış” devizi altında savate idman növü üzrə kadetlər, yeniyetmələr və gənclər arasında Şimal-Qərb Region Açıq Turniri təşkil olunub.

Elpress.az xəbər verir ki, yarış Qax Rayon İcra Hakimiyyəti, Azərbaycan Savate Federasiyası, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, “İrəvan” İdman Klubu və Qax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə baş tutub.Turnirdə 5 rayondan olan idmançılar müxtəlif çəki dərəcələri üzrə mübarizə apararaq öz bacarıqlarını nümayiş etdiriblər.Açılış mərasimində çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bu cür yarışların gənclər arasında sağlam həyat tərzinin təşviqi və idmanın kütləviliyinin artırılması baxımından mühüm rol oynadığını bildirib.Turnirin əsas məqsədi yeniyetmə və gənclərin idmana marağının artırılması, savate idman növünün inkişaf etdirilməsi, perspektivli idmançıların üzə çıxarılması və bölgələrarası idman əlaqələrinin gücləndirilməsi olub.Yarışın yekununda fərqlənən idmançılar diplom və medallarla mükafatlandırılıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məhərrəm ayı başladı: Aşura gününün tarixi məlum oldu

Next Article

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ersin Destanoğlu BƏƏ klubuna transfer olundu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:35 18 baxış “Beşiktaş”dan ayrılan qapıçı Ersin Destanoğlu karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin “Beşiktaş” klubundan ayrılan Ersin Destanoğlu Birləşmiş Ərəb Əmirliklərinin […]

Musiala əməliyyat olundu: “Bavariya” son durumu açıqladı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:33 36 baxış “Bavariya”dan Camal Musiala ilə bağlı rəsmi açıqlama: Kiçik əməliyyat keçirib Elpress.az xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun və Almaniya milli komandasının aparıcı futbolçularından olan Camal Musiala […]

Messi tarix yazmağa bir addım qaldı

Aysel Əlibəyli 20 İyul 2026 · 00:04 12 baxış Argentina bu gün Dünya Çempionatında növbəti tarixi uğur üçün meydana çıxır Elpress.az xəbər verir ki, 2026 FIFA Dünya Çempionatının finalında Argentina və İspaniya üz-üzə gəlir. Qarşılaşma […]