--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bir ailənin üzvləri qəzaya düşdü: Lerikdə maşın dərəyə yuvarlandı

Aysel Əlibəyli 28 İyun 2026 · 17:52 1050 baxış

Elpress.az “Report”a istinadən xəbər verir ki, Lerik rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Lənkəran-Lerik avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, Astara sakini, 1989-cu il təvəllüdlü Elnur Qurbanlının idarə etdiyi “Opel” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq dərəyə yuvarlanıb.

Qəza nəticəsində sürücü Elnur Qurbanlı, onun həyat yoldaşı, 1995-ci il təvəllüdlü Aidə Qurbanlı, azyaşlı övladı N.Qurbanlı, həmçinin 1989-cu il təvəllüdlü Rəvanə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar hadisə yerinə toplaşan vətəndaşların köməyi ilə avtomobildən çıxarılaraq təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran İsrailə ultimatum verdi: Livandan tezliklə çıxın

Next Article

27 illik həyat yoldaşından duyğusal vida: Kadir İnanır dəfn edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İsmayıllıda 5 yaşlı uşaq hovuzda həyatını itirdi

Aysel Əlibəyli 13 İyul 2026 · 11:32 1030 baxış İsmayıllı rayonunda baş verən faciəli hadisə nəticəsində azyaşlı uşaq hovuzda boğularaq ölüb. Elpress.az xəbər verir ki , Hadisə İsmayıllı rayonunun Talıstan kəndində qeydə alınıb.Məlumata görə, 5 […]

Kəlbəcərdə sursat partladı

Aysel Əlibəyli 21 İyul 2026 · 15:27 1020 baxış Kəlbəcərdə sursat partlayışı nəticəsində çoban xəsarət alıb Elpress.az xəbər verir ki, Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı baş verib. Hadisə nəticəsində 1987-ci il təvəllüdlü Qazax […]

Qaradağda oğurluq edən 3 nəfər saxlanılıb

Aysel Əlibəyli 20 İyul 2026 · 16:37 1016 baxış Qaradağda avtomobildən 19 800 manat oğurlandı Elpress.az xəbər verir ki, Qaradağ rayonunda baş verən iki ayrı oğurluq hadisəsi ilə bağlı üç nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin […]