--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Şamaxıda Barbekü Festivalına start verildi

Aysel Əlibəyli 13 İyun 2026 · 23:52 54 baxış

Şamaxının Meysəri kəndində Barbekü Festivalının ilk günü rəngarəng tədbirlər və kulinariya təqdimatları ilə yadda qalıb.

Elpress.az xəbər verir ki, iki gün davam edəcək festival yerli və xarici qonaqları bir araya gətirərək fərqli mətbəx nümunələrinin nümayiş olunduğu platformaya çevrilib.Tədbirdə 20-yə yaxın ölkədən gələn peşəkar şeflər iştirak edirlər. Müxtəlif beynəlxalq festivallarda təcrübə qazanmış aşpazlar öz bacarıqlarını nümayiş etdirərək qonaqlara fərqli təamlar təqdim ediblər.Festival çərçivəsində kulinariya zonalarında maraqlı yarışmalar təşkil olunub, restoran pavilyonlarında isə iştirakçılar müxtəlif xalqların mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.Barbekü Festivalı iyunun 14-də də davam edəcək. İkinci günün proqramında “Steyk şou”, şeflərin ustad dərsləri və musiqili əyləncə tədbirləri yer alacaq. Aşpazlar steyk hazırlanmasının incəliklərini bölüşəcək, tamaşaçılar isə həm kulinariya nümayişlərini izləyəcək, həm də müxtəlif dadları sınaqdan keçirəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib

Next Article

İlon Maskın sərvətini saymaq üçün 31 min ildən çox vaxt lazımdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Marco Rubio ilə Hakan Fidan arasında görüş keçirilib.

Aysel Əlibəyli 22 May 2026 · 21:13 83 baxış Marco Rubio NATO xarici işlər nazirlərinin toplantısı çərçivəsində Hakan Fidan ilə bir araya gəlib. Elpress.az -ın Azərtac- a istinadən xəbər verirki tərəflər Ankarada keçiriləcək NATO Zirvə […]

Küçədə və parkda siqaret çəkmək olarmı?

Aysel Əlibəyli 30 İyun 2026 · 18:23 78 baxış Siqaret istifadəsi ilə bağlı qanunvericilikdə müəyyən edilən məhdudiyyətlər vətəndaşlar arasında tez-tez suallar yaradır. Xüsusilə açıq məkanlarda — küçə və parklarda tütün məmulatlarından istifadənin mümkün olub-olmaması maraq […]