--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Küçədə və parkda siqaret çəkmək olarmı?

Aysel Əlibəyli 30 İyun 2026 · 18:23 80 baxış

Siqaret istifadəsi ilə bağlı qanunvericilikdə müəyyən edilən məhdudiyyətlər vətəndaşlar arasında tez-tez suallar yaradır. Xüsusilə açıq məkanlarda — küçə və parklarda tütün məmulatlarından istifadənin mümkün olub-olmaması maraq doğuran məsələlərdəndir.

Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycanda tütün məmulatlarının istifadəsi ilə bağlı qaydalar qanunvericiliklə tənzimlənir. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunda siqaret çəkilməsinin qadağan edildiyi məkanlar dəqiq göstərilib. Bu qaydaların əsas məqsədi insanların sağlamlığını qorumaq və tütün tüstüsünün digər şəxslərə mənfi təsirini azaltmaqdır.Qanuna əsasən, təhsil müəssisələri, məktəbəqədər təhsil ocaqları, xəstəxanalar, reabilitasiya mərkəzləri, idman və kütləvi tədbir keçirilən obyektlərdə, həmçinin restoran, kafe və bar kimi ictimai iaşə məkanlarında siqaret çəkmək qadağandır. Eyni zamanda ticarət və məişət obyektləri, sosial xidmət müəssisələri, hotellər və digər yerləşdirmə vasitələri də bu məhdudiyyətlərin tətbiq olunduğu yerlər sırasındadır.Bundan əlavə, teatr, kinoteatr, kitabxana, muzey, sərgi salonları, uşaq meydançaları, yeraltı və qapalı piyada keçidləri kimi ictimai məkanlarda da tütün istifadəsinə icazə verilmir.Qadağalar ictimai nəqliyyat vasitələrinə də aiddir. Şəhərdaxili və şəhərlərarası avtobuslarda, taksilərdə, metro stansiyaları və vaqonlarda, eləcə də hava, dəmir yolu və su nəqliyyatında siqaret çəkmək qanunla qadağan edilir. Həmçinin hava limanları, vağzallar, avtovağzallar, dayanacaqlar, liftlər, çoxmənzilli binaların ümumi istifadədə olan sahələri, yanacaqdoldurma məntəqələri və bütün iş yerləri bu siyahıya daxildir.Qanunla müəssisə və təşkilat rəhbərlərinin üzərinə də məsuliyyət qoyulur. Belə ki, siqaret çəkilməsi qadağan olunan ərazilərdə görünən yerlərdə “Tütün çəkmək qadağandır” xəbərdarlıq nişanları yerləşdirilməlidir.Bəzi obyektlərdə isə xüsusi siqaret çəkmə zonalarının yaradılmasına icazə verilir. Bu ərazilər açıq havada və ya xüsusi havalandırma sistemi ilə təmin edilməli, müəyyən olunmuş sanitar-gigiyenik tələblərə cavab verməlidir.Qeyd edək ki, qanunla siqaret çəkməyin qadağan olunduğu yerlərdə bu qaydanı pozan şəxslər 30 manat məbləğində inzibati cərimə ilə üzləşə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

9-cu sinif təkrar imtahanlarının nəticələri açıqlandı

Next Article

Qırğızıstan XİN başçısı Türkiyəyə səfər edəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Paytaxtın 5 küçəsində sürücülərə məhdudiyyət

Aysel Əlibəyli 16 İyul 2026 · 00:32 12 baxış AAYDA Bakının beş küçəsində aparılacaq təmir işləri ilə əlaqədar hərəkət məhdudiyyəti tətbiq ediləcəyini açıqlayıb Elpress.az xəbər verir ki , Bakıda yol infrastrukturunun yenilənməsi istiqamətində növbəti təmir […]

Neftçalada növbəti səyyar qəbul baş tutdu

Aysel Əlibəyli 11 İyun 2026 · 18:06 78 baxış Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Pirəbbə kəndində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirərək onların müraciət və təkliflərini dinləyib. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun […]

Sea Breeze-ə yeni ekspres marşrut istifadəyə verilir

Aysel Əlibəyli 17 İyul 2026 · 16:03 10 baxış AYNA “Koroğlu” ilə Sea Breeze arasında 150E ekspres marşrutunu bərpa edir Elpress.az xəbər verir ki , Yay mövsümündə çimərlik istiqamətində sərnişin sıxlığının artması nəzərə alınaraq paytaxtda […]