--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ukrayna Volqoqradda “İsgəndər” raketləri istehsal edən müəssisəni hədəfə aldı

Aysel Əlibəyli 27 İyun 2026 · 10:54 1050 baxış

Rusiyanın Volqoqrad şəhəri iyulun 27-nə keçən gecə raket hücumuna məruz qalıb.

Yerli sakinlər şəhərdə bir neçə güclü partlayışın baş verdiyini, ardınca isə yanğının yarandığını bildiriblər. Elpress.az xəbər verir ki, OSINT analitiklərinin məlumatına görə, hücumun əsas hədəfi Rusiyanın hərbi-sənaye kompleksinin mühüm müəssisələrindən biri hesab edilən “Titan-Barikadı” zavodu olub. Bildirilir ki, bu müəssisədə “İsgəndər-M”, “Topol-M” və “Yars” raket kompleksləri istehsal edilir.Sosial şəbəkələrdə hücum anını əks etdirdiyi iddia olunan videogörüntülər yayılıb. ASTRA nəşri zərbələrin Ukraynanın uzaqmənzilli “Flaminqo” qanadlı raketləri ilə endirildiyini yazsa da, bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov Ukrayna raketlərinin şəhərə hücum etdiyini təsdiqləyib. Onun sözlərinə görə, Krasnooktyabr rayonunda yerləşən sənaye müəssisələrindən birinin istehsal sahələrinə ziyan dəyib.İlkin məlumata əsasən, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

Qeyd edək ki, zərbə endirildiyi iddia olunan “Titan-Barikadı” zavodu da məhz Volqoqradın Krasnooktyabr rayonunda yerləşir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda əsgərlik müddəti azaldılacaq? – Generaldan rəsmi açıqlama

Next Article

Səfərbərlik Xidmətində üç ildə 500-dən çox əməkdaş cəzalandırılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avropa İttifaqının Zirvəsində Səlahiyyət Savaşları

Aysel Əlibəyli 14 İyun 2026 · 12:41 1074 baxış Fon der Lyayen və Kallas Qarşıdurması Avropa İttifaqı daxilində ciddi bir siyasi nüfuz savaşı alovlanır. Ursula fon der Lyayenin Avropa Xarici Fəaliyyət Xidmətini yenidən formalaşdırmaq cəhdləri, […]

Niderlandda su qıtlığı rejimi elan edildi

Aysel Əlibəyli 17 İyul 2026 · 00:18 1022 baxış Niderland hakimiyyəti uzunmüddətli isti hava şəraiti və çaylarda su səviyyəsinin kritik həddə enməsi səbəbindən ölkədə ikinci səviyyəli su böhranı – “faktiki su qıtlığı” rejimi elan edib. […]

Kipr NATO hədəfini açıqladı

Aysel Əlibəyli 15 İyul 2026 · 18:33 1036 baxış Cənubi Kipr Prezidenti NATO-ya üzvlüyün ölkənin əsas məqsədlərindən biri olduğunu bəyan edib Elpress.az xəbər verir ki , Cənubi Kipr NATO-ya üzvlük istiqamətində hazırlıq işlərini davam etdirir. […]