--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Maqdeburq terrorunun təqsirləndirilən şəxsinə Almaniyada ömürlük həbs verildi

Aysel Əlibəyli 26 İyun 2026 · 18:19 52 baxış

Almaniya məhkəməsi 2024-cü ildə Magdeburg şəhərində Milad yarmarkasında törədilən terror aktı ilə bağlı mühakimə olunan Səudiyyə Ərəbistanı vətəndaşı, 51 yaşlı Taleb əl-Əbdülmöhsən barəsində ömürlük həbs qərarı çıxarıb.

Elpress.az xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, təqsirləndirilən şəxs qəsdən adam öldürmə, adam öldürməyə cəhd və sağlamlığa ağır zərər vurma maddələri üzrə günahkar bilinib.

Məhkəmə qərarı uzun sürən araşdırma və dinləmələrdən sonra elan olunub. Proses çərçivəsində məhkəmə-tibbi ekspertiza, psixiatriya və dilçilik sahələri üzrə mütəxəssislər də daxil olmaqla səkkiz ekspertin rəyi, həmçinin 109 şahidin ifadəsi dinlənilib.

Bildirilib ki, məhkəmə iclaslarında çoxsaylı zərərçəkmişlər və onların hüquqi nümayəndələri də iştirak ediblər. İstintaq materiallarının həcmi bir neçə min səhifədən ibarət olub.

İstintaq zamanı təqsirləndirilən şəxsə şəxsiyyət pozuntusu diaqnozu qoyulsa da, onun anlaqlı olduğu və cinayət məsuliyyəti daşıdığı müəyyən edilib.

Xatırladaq ki, terror aktı 20 dekabr 2024-cü ildə baş verib. BMW markalı avtomobilin Milad yarmarkasında insanların üzərinə sürülməsi nəticəsində 6 nəfər həyatını itirib, onlarla şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Sonradan hücumun bir neçə həftə ərzində planlaşdırıldığı məlum olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zirə”də kadr dəyişikliyi: Elman Himayətoğlu idman direktoru təyin olundu

Next Article

BDU rəhbərliyində yeni təyinat: Mirzə Mirzəyevə yüksək vəzifə həvalə olundu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Norveçdə hotellər və hava limanlarında tətil genişlənir

Elşən 18 May 2026 · 14:28 63 baxış Fellesforbundet tərəfindən təşkil olunan tətil Norveçin əsas hava limanlarında fəaliyyətə təsirini artıraraq davam edir. Bazar ertəsindən etibarən Oslo Airport Gardermoen, Bergen Airport Flesland, Stavanger Airport Sola, Trondheim […]

ABŞ və İran arasında yeni dolayı danışıqların tarixi açıqlanıb

Aysel Əlibəyli 02 İyul 2026 · 16:11 36 baxış Elpress.az xəbər verir ki, ABŞ ilə İran arasında dolayı danışıqların növbəti mərhələsinin iyulun 18-də keçirilməsi nəzərdə tutulur. Məlumata görə, danışıqların gündəmində tərəflər arasında qarşılıqlı öhdəliklərin icrası, […]