--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

İsrail İrana qarşı ağır zərbə və müharibəyə hazırlıq planı qurur

Aysel Əlibəyli 09 İyun 2026 · 19:04 108 baxış

Tehran bu qərarı siyasi motivli hesab edərək Vaşinqtonu İran milli futbol komandasına qarşı ayrı-seçkilikdə ittiham edib və bunun idman prinsiplərinə zidd olduğunu bildirib. İranın ABŞ-dakı səfirliyi məsələ ilə bağlı Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasına (FİFA) müraciət edərək vəziyyətə müdaxilə olunmasını və hüquqların qorunmasını xahiş edib. Qeyd edilir ki, 2026-cı il FIFA Dünya Kuboku 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək.

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bildirib ki, İranın regionda yeni “tənliklər” yaratmaq və mövcud reallığı dəyişmək cəhdləri uğursuz olacaq və İsrail ordusu “Hizbullah”a qarşı əməliyyatlarını davam etdirəcək. Onun sözlərinə görə, İsrail ordusu İranla mümkün döyüşə qayıtmaq üçün hər zaman yüksək çevik hazırlığa malikdir və bu hazırlıq hazırda da qorunur. Zamir vurğulayıb ki, İsrail İrana qarşı daha güclü, daha dərin və daha geniş miqyaslı zərbələrə hazır vəziyyətdədir və əvvəlki hücumlar da məhz bu cür əməliyyatlara hazırlıq mərhələsi olub.Qeyd edilib ki, bundan əvvəl İsrailin İrana qarşı daha genişmiqyaslı hücum planlaşdırdığı, lakin ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığından sonra bu planın dayandırıldığı barədə məlumatlar yayılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İran millisinin planına qadağa gəldi

Next Article

Aİ-dən Əlcəzair aviaşirkətinə uçuş qadağası

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ukrayna Silahlı Qüvvələrində azərbaycanlı rəis müavini təyin olundu

Aysel Əlibəyli 04 İyun 2026 · 16:13 118 baxış Azərbaycan əsilli Gündüz Məmmədov Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətində rəis müavini vəzifəsinə təyin olunub. Bu təyinatla o, qurumun hüquq-mühafizə sahəsində fəaliyyətinin daha da gücləndirilməsində mühüm […]

İranın bəzi bölgələrində ardıcıl partlayış səsləri eşidildi

Aysel Əlibəyli 12 İyul 2026 · 20:47 12 baxış İranın cənubunda yerləşən Bəndər-Abbas vilayəti və Qəşm adası ətrafında bir neçə partlayış səsinin eşidildiyi bildirilir. Elpress.az xəbər verir ki, İranın Bəndər-Abbas vilayətinin şərq hissəsində, eləcə də […]