--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Gəmilər Hörmüz boğazından çıxmağa başladı

Aysel Əlibəyli 24 İyun 2026 · 19:02 48 baxış

BMT-nin xüsusi təxliyə sxemi çərçivəsində Hörmüz boğazında hərəkətlilik bərpa olunub

BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) hazırladığı xüsusi təxliyə planı çərçivəsində Fars körfəzində qalan gəmilərin təhlükəsiz şəkildə bölgədən çıxarılması prosesi başlayıb. Təşkilatın açıqlamasına görə, münaqişə səbəbindən ərazidə qalan gəmilər artıq razılaşdırılmış marşrut üzrə Hörmüz boğazından keçid edir.IMO daha əvvəl bildirmişdi ki, uzunmüddətli danışıqlar nəticəsində hazırlanmış bu təşəbbüs yüzlərlə gəminin və təxminən 11 min dənizçinin təhlükəsiz şəkildə boğazdan keçməsinə şərait yaradacaq.Təşkilatın sözçüsü gəmilərin artıq plan əsasında hərəkətə başladığını təsdiqləsə də, keçid edən gəmilərin dəqiq sayı barədə məlumat verməyib.LSEG-in gəmi izləmə məlumatlarına əsasən, son 12 saat ərzində ən azı iki quru yük gəmisi və bir digər yük gəmisi sözügedən sxem çərçivəsində Hörmüz boğazını keçib. Bununla yanaşı, bölgədə qalan və ümumilikdə 5 milyon barel xam neft daşıyan üç tanker də boğazdan çıxıb. Tankerlərdən ikisinin Asiya istiqamətində hərəkət etdiyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Pulsuz təhsil anlayışı nisbi məsələdir” – Nazir

Next Article

kart hesablarında yaranan texniki problem araşdırılır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran rəsmisi: Qəşm adasına 10-dan çox raket atılıb

Aysel Əlibəyli 12 İyul 2026 · 21:02 16 baxış İranın Qəşm adasına bazar günü axşam saatlarında raket hücumu həyata keçirildiyi bildirilib. Elpress.az xəbər verir ki, İranın Qəşm adasına bazar günü axşam saatlarında 10-11 raketin atıldığı […]

Yaponiyada dənizin dibində rekord qızıl ehtiyatı aşkarlandı

Aysel Əlibəyli 13 İyul 2026 · 11:02 12 baxış Yaponiya sahillərində yerləşən sualtı vulkanik kraterdə indiyədək qeydə alınmış ən yüksək qızıl konsentrasiyası müəyyən edilib. Elpress.az xəbər verir ki, “Scientific Reports” jurnalında dərc olunan araşdırmaya əsasən, […]

ABŞ və İran Dohada dolayı danışıqlar keçirəcək

Aysel Əlibəyli 01 İyul 2026 · 12:49 36 baxış Vaşinqton və Tehran arasında yeni təmas: Qətərdə texniki müzakirələr başlayır Elpress.az-ın məlumatına əsasən, ABŞ və İran rəsmiləri arasında yeni diplomatik təmaslar keçiriləcək. Tərəflər Qətərin paytaxtı Dohada […]

DÇ azarkeş zonasına atəş açıldı

Aysel Əlibəyli 29 İyun 2026 · 13:04 82 baxış ABŞ-də dünya çempionatı həyəcanı faciə ilə bitdi: azarkeş zonasında atışma baş verdi Elpress.az-ın məlumatına əsasən, ABŞ-də dünya çempionatının oyunlarını izləmək üçün yaradılan azarkeş zonasında atışma baş […]