--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

ABŞ Venesuelaya 2 min hərbçi göndərdi

Aysel Əlibəyli 02 İyul 2026 · 18:06 1040 baxış

Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra ABŞ humanitar yardım və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bölgəyə genişmiqyaslı hərbi qüvvə cəlb edib.

Elpress.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Venesuelada baş verən güclü zəlzələlərin nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi məqsədilə təxminən 2 min hərbçini bölgəyə göndərib. Əməliyyata cəlb olunan qüvvələr quruda, havada və dənizdə fəaliyyət göstərərək humanitar missiyanı dəstəkləyirlər.ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının rəhbəri, general Frensis Donovan bildirib ki, hərbçilər hər gün axtarış-xilasetmə əməliyyatlarında iştirak edir, eyni zamanda zərərçəkən əhaliyə humanitar yardımların çatdırılmasını təmin edirlər. Onun sözlərinə görə, ABŞ qüvvələri missiya tam başa çatana qədər Venesuelada fəaliyyətini davam etdirəcək.Venesuela hakimiyyətinin açıqladığı son məlumatlara əsasən, iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində 2295 nəfər həyatını itirib, 11 min 200-dən çox insan yaralanıb. Xilasetmə qrupları indiyədək dağıntılar altından 6461 nəfəri sağ çıxarmağa nail olub.Hazırda təxminən 30 min nəfər evsiz qaldığı üçün müvəqqəti sığınacaqlarda yerləşdirilib. Bölgədə axtarış-xilasetmə və humanitar yardım əməliyyatları davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ceyhun Bayramov BMT-nin xüsusi elçisi ilə görüş keçirdi

Next Article

D’Artanyanın qalıqları ilə bağlı yeni iddia

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyədə meşə yanğınları davam edir

Aysel Əlibəyli 18 İyul 2026 · 16:22 1020 baxış İzmir və Kütahyada meşə yanğınları ilə mübarizə aparılır Elpress.az xəbər verir ki, Türkiyənin müxtəlif bölgələrində davam edən meşə yanğınlarının söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.İzmirin Narlıdərə […]

Bir tərəfdə Trampın dəstəyi, o biri tərəfdə Putinin təzyiqi

Aysel Əlibəyli 05 İyun 2026 · 15:26 1132 baxış Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkəsində müharibə ilə sülh, avtokratiya ilə demokratiya, eləcə də tabeçiliklə müstəqillik kimi əsas siyasi seçimlərin müzakirə olunduğu bir dövrdə, yenidən hakimiyyətə […]

Tramp: 159 milyardlıq tariflər geri qaytarıla bilər

Elşən 25 Aprel 2026 · 06:56 1081 baxış ABŞ-ın United States Supreme Court qərarından sonra hökumətin əvvəllər topladığı 159 milyard dollar həcmində tarif vəsaitlərini geri qaytarmalı ola biləcəyi iddia edilir. Bu barədə ABŞ-ın keçmiş prezidenti […]