--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

ABŞ və İran Dohada dolayı danışıqlar keçirəcək

Aysel Əlibəyli 01 İyul 2026 · 12:49 1046 baxış

Vaşinqton və Tehran arasında yeni təmas: Qətərdə texniki müzakirələr başlayır

Elpress.az-ın məlumatına əsasən, ABŞ və İran rəsmiləri arasında yeni diplomatik təmaslar keçiriləcək. Tərəflər Qətərin paytaxtı Dohada texniki məsələlərlə bağlı dolayı danışıqlar aparacaq.Məlumata görə, görüşlər birbaşa formatda deyil, vasitəçilərin iştirakı ilə baş tutacaq. Danışıqlarda Qətər və Pakistan nümayəndələrinin vasitəçiliyi ilə anlaşma memorandumunun icrası çərçivəsində əldə olunan irəliləyişlər müzakirə olunacaq.Diplomatik mənbənin bildirdiyinə görə, ABŞ və İran nümayəndələri texniki məsələlər üzrə fikir mübadiləsi aparacaq və razılaşmaların həyata keçirilməsi ilə bağlı mövcud vəziyyəti qiymətləndirəcəklər.Həmçinin qeyd olunub ki, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner bu danışıqlarda iştirak etməyəcək.Dohada keçiriləcək görüş ABŞ-İran münasibətlərində diplomatik təmasların davam etdirilməsi baxımından diqqətlə izlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zalujnı prezidentliyə namizəd olmaq istəyir

Next Article

“Barselona” Kristensenlə müqaviləni uzatdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyənin demoqrafik böhranına yeni təklif

Aysel Əlibəyli 18 İyul 2026 · 16:24 1020 baxış Professor: Türk dünyasından miqrasiya demoqrafik böhranı azalda bilər Elpress.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncu ölkədə artan demoqrafik böhranın həlli üçün […]

ABŞ İrana qarşı yeni hərbi əməliyyata başladı

Aysel Əlibəyli 09 İyul 2026 · 00:52 1044 baxış ABŞ Silahlı Qüvvələri İrana qarşı əlavə hava zərbələri endirməyə başlayıb. Elpress.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi “X” hesabında məlumat […]

Li Çje Myon mənzilini satışa çıxardı

Aysel Əlibəyli 15 İyul 2026 · 18:42 1024 baxış Li Çje Myon daşınmaz əmlak bazarının sabitləşdirilməsi məqsədilə yeganə mənzilini satmaq qərarı verib Elpress.az xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Çje Myon hökumətin daşınmaz əmlak […]